Bakı. 23 oktyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan turizm üçün cəlbedici ölkədir. Buna onun iki böyük mədəniyyətin - Avropa və Asiyanın qovşağında yerləşməsi şərait yaradır".
"Report" xəbər verir ki, bu sözləri Qazaxıstanın Aktau şəhərində respublikamızın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycanın baş konsulu Elxan Zeynalov deyib.
O qeyd edib ki, bu gün Qazaxıstan vətəndaşları tərəfindən Azərbaycanın turizm yerlərinə səfər etmək meyilləri artmaqdadır. Baş konsulun sözlərinə görə, onlar üçün Naftalan və Duzdağ kimi müalicəvi kurort yerləri daha cəlbedicidir.