ABŞ-ın Pensilvaniya ştatında növbəti polis vəhşiliyinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, şəhərdə normal sürətlə hərəkət edən avtomobilin ardınca gedib onu saxlayan polis işçiləri, şübhəli şəxslərə yerə uzanmaq əmri verib.
Polisin bütün əmrlərinə tabe olan şəxslərdən biri polis işçisinin dəhşətli vəhşiliyi ilə üzləşib. Belə ki, polis yerə uzanan şəxsin başını da yerə qoyması üçün ayağı ilə onun başına dəhşətli zərbə vurub.