“Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib
12:37 23 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bayıl stadionunda “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, iclasda klubun əsas komandasının I Divizionda, həmçinin aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən müvafiq komandalarının nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlarla bağlı fikir mübadiləsi aparılıb.
I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoymuş “Səbail”in lisenziyalaşdırma prosesi ilə bağlı müvafiq hazırlıq işlərinə start verməsi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/sebail-futbol-klubunun-musahide-surasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR