Almaniya şirkəti Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə sınaq qatarı göndərəcək - FOTO

Almaniya şirkəti Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə sınaq qatarı göndərəcək - FOTO
12:42 23 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır (20 İyun 2017 17:08)
"Cənub-Qərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı (19 İyun 2017 16:22)
Bu ilin sonunadək “Cənub-Qərb” dəhlizi ilə daşınacaq yükün həcmi açıqlanıb (19 İyun 2017 15:15)

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Milli.Az-a verdiyi məlumata görə, səfər çərçivəsində Tehranda Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın "Deutsche Bahn" (DB) dövlət şirkətinin nümayəndələri  arasında dördtərəfli görüş keçirilib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Mamuka Baxtadze   və "Deutsche Bahn" (DB) şirkətinin icraçı direktoru Andre Hempel iştirak ediblər. Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur. Görüşdə DB şirkətinin qeyd olunan dəhliz vasitəsi ilə yükdaşımalarda iştirakı müzakirə edilib və alman dəmiryolçuları Avropadan İrana, İran körfəzi ölkələri və Hindistana yüklərin nəql edilməsi zamanı bu marşrutdan istifadə edilməsində maraqlı olduqlarını bildiriblər.

Tərəflər arasında uzun müddətdir müzakirə olunan DB şirkətinin iştirakı ilə sınaq qatarının göndərilməsinə dair texniki məlumatlar dinlənilərək noyabr ayının sonunda Cənub-Qərb marşrutu ilə test qatarının göndərilməsi haqda qərar qəbul olunub. Qərara əsasən, 41 konteynerdən ibarət olacaq test qatarı, Rumıniyanın Konstanta limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq. Konteynerlər Konstanta Limanından gəmi ilə Gürcüstan limanına nəql edilərək, oradan dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına, Astaradan yük avtomobilləri ilə İranın Qəzvin stansiyasına yola salınacaq. Qəzvindən isə yenidən dəmir yolu vasitəsi ilə Tehrana çatdırılacaq.  Beləliklə,  Almaniyanın "DB" şirkəti Cənub-Qərb marşrutunda yüklərin nəql edilməsində iştirak edəcək və bu marşrutda əməli fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Cənub-Qərb nəqliyyat dəhlizi,  İran Körfəzi / Hindistan - İran - Azərbaycan - Gürcüstan - Qara dəniz - Avropa marşrutu üzrə fəaliyyət göstərir. Cənub-Qərb nəqliyyat dəhlizı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun təşəbbüsü ilə yaradılıb. Marşrutun ilk təqdimatı 2016-cı il yanvarın 14-də Bakıda keçirilib və elə həmin zaman Azərbaycan, Gürcüstan, İran və Ukrayna dəmir yolları arasında müvafiq razılaşma imzalanıb. Cənub - Qərb Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Misal üçün, əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub - Qərb Tranzit Dəhlizi ilə bu müddət 15 gün təşkil edir.

Onu da qeyd edək ki, İrana səfəri çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İran Dəmir Yolunun Baş Direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüş də keçirib. Görüşdə Astara (Azərbaycan) - Astara (İran) stansiyaları arasında dəmir yolunun və iki ölkə sərhədində Astaraçay üzərində inşa edilən dəmir yol körpüsünün tikintisi ilə bağlı son məlumatlar dinlənilib, inşaat işlərinin gedişatı ətrafında müzakirə aparılıb. Eyni zamanda İranın Astara stansiyasında inşa edilən yük terminalının texniki imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47