Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİFA referisi qarət olundu

FİFA referisi qarət olundu

Date: 23 October 2016 13:22

İtaliyalı FİFA referisi Canluka Rokkinin evi qarət olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı hakimin evindən ümumi dəyəri 100 min avro olan əşyalar oğurlanıb. Rokkinin Florensiya yaxınlığında yerləşən Soffianodakı evinə kifayət qədər peşəkar oğru dəstənin girdiyi güman edilir.

Dəstənin evə qonşudan daxil olması məlumdur. Rokki bu mövsüm bütün turnirlərdə 6 oyun idarə edib. 

Milli.Az


Tags:  FİFA referisi qarət olundu

RƏYLƏR


Top news