Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paris yaxınlığında maskalılar avtobusa od vurdular

Paris yaxınlığında maskalılar avtobusa od vurdular

Date: 23 October 2016 13:32

Ötən gecə Paris ətrafındakı Sen-Deni rayonunda naməlum şəxslər marşrut avtobusunu yandırıblar.

APA-nın "BFM TV" telekanalına istinadən verdiyi məlumata görə, marşrut üzrə hərəkət edən avtobus üzü maskalı bir qrup gənc tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlərin avtobusu tərk etməyə məcbur edən qrup daha sonra avtobusu yandırıb. Olay zamanı xəsarət alan olmayıb.

Cinayətin motivi bəlli deyil. Ancaq bu, Sen-Denidə ilk hadisə deyil. Bu ilin iyulunda da Sen-Denidə digər avtobus yandırılıb. Həmin vaxt bu olayın polis tərəfindən 24 yaşlı qara dərili gəncin öldürülməsi ilə əlaqəli olduğu ehtimal edilib. 

Milli.Az


Tags:  Paris yaxınlığında maskalılar avtobusa od vurdular


RƏYLƏR


Top news