Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bu cür birabırçı hakimə yer yoxdur"

"Bu cür birabırçı hakimə yer yoxdur"

Date: 23 October 2016 13:57

"Valensiya" cəbhəsi La Liqanın 9-cu turunda "Barselona" ilə ev oyununda hakimlər briqadasının idarəçiliyindən narazı qalıb. Katalonların ilk qolunda Luis Suarezin ofsaydda olduğunu iddia edən qarşı tərəf lehinə penalti qərarı verilməli olduğunu düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "yarasalar"ın idman direktoru Xesus Qarsiya Pitarx bunları deyib:

"Mallenko və köməkçiləri bu oyunu xatırlayanda "Valensiya"nı minimum 1 xaldan məhrum etdiklərinə utanacaqlar. Öz vicdanları qarşısında cavab versinlər. 30 dəqiqə ərzində referi 3 səhvə yol verdi: Messinin qolu zamanı Suarezin ofsaydda olduğunu qeydə almadı, Busketsə ikinci sarı vərəqəni göstərmədi və Rodriqoya qarşı kobudluğa görə penalti təyin etmədi. Bu cür birabırçı hakimə ispan futbolunda yer yoxdur".

Milli.Az


Tags:  cür birabırçı hakimə yer yoxdur

RƏYLƏR


Top news