"Azərbaycanlılar bunu normal saysa da, mən vəhşilik kimi qəbul edirəm"

"Azərbaycanlılar bunu normal saysa da, mən vəhşilik kimi qəbul edirəm"
14:12 23 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq futbolçusu və hazırda "Kuban"da çıxış edən Aleksey Qay sports.ru saytına müsahibə verib.

Milli.Az qafqazinfo-ya istinadən ukraynalı futbolçunun müsahibəsindən "Qəbələ" ilə bağlı hissələri təqdim edir:

- "Qəbələ"yə gedərkən daha çox maliyyə tərəflərini düşünürdüz?

- "Qəbələ"yə keçəndə pulu düşünmürdüm. Mənim həyatda mövqeyim belədir - "futbola qazanc kimi baxma". Pul mənim üçün stimul və motivasiya deyil. İstəyirəm ki, öz ustalığımı artırım və bunun qarşılığında öz əməyimin haqqını alım.

- Azərbaycanı niyə tərk etdiz? "Qəbələ" sizə yeni müqavilə təklif etmədi?

- Əslində, müqavilə başa çatırdı. Klub rəhbərliyi mənimlə yeni müqavilə imzalamağa həvəs göstərmirdi. Vəziyyət o həddə qədər yuvarlandı ki, öz-özümə dedim ki, mən "Qəbələ"də qalmayacağam. Amma klubdan heç bir incikliyim yoxdu, əksinə onlara minnətdaram ki, mənə yeni olduğum ölkədə hər bir şəraiti yüksək səviyyədə yaratmışdılar. Azərbaycanda 2 gözəl mövsüm keçirdim.

- Azərbaycanda sizi ən çox nə təəccübləndirirdi?

- Bu sualı mənə azərbaycanlı jurnalistlər də verirdi. Bir məqamı qeyd edim ki, onların ölkəsi barədə mənfi cəhəti deyəndə inciyirdilər. Məsələn, mən onların maşın sürməkləri haqda demişdim. Yolla gedərkən sənin zolağından əks istiqamətdə maşın çıxa bilər. Çünki 20-30 metr sonra sağa dönmək lazımdır. Onlar bunu normal qarşılasa da, mən vəhşilik kimi qəbul edirəm. Mən öz müsahibəmi sosial şəbəklərdə oxuyanda insanların yazdığı şərhlərə diqqət yetirirdim. Azərbaycanlılar kənar adamların dedikləri sözləri ürəylərinə salırlar.

- "Odlar şəhəri" - Bakı sizin diqqətinizi necə cəlb edirdi?

- Çox nümunəvi şəhərdir. Bakı müasir, tarixi şəhərdir və Şərqlə Qərb heyrətamiz şəkildə uzlaşır. Ekskursiyaya getmək istəyən insanlara məsləhətim odur ki, Bakını seçin.

- Qəbələ şəhərində cəmi 13 min insan yaşayır, amma eyniadlı klubu ölkədə ön sıralardadır. Bu, necə olur?

- Bir çox amilləri misal gətirmək olar. Maliyyə böhranı Azərbaycan da bir çox postsovet ölkələri kimi təsir edib və buna görə də yerli futbolda pul azalıb. Son zamanlar Bakının "Neftçi" və "İnter" klubları qeyri-stabil çıxış edirlər. Onların aparıcı rolu sıradan çıxıb və əvəzlərinə ölkədə "Qəbələ" və Ağdamın "Qarabağ" klubları yaxşı çıxış edirlər. Bu klubların maliyyəsi də yaxşıdır. "Qəbələ"ni üst yerlərdə görmək istəyən gənc, iddialı sahibi var. O, kluba Roman Qriqorçuk kimi iddialı məşqçisni dəvət edib. Onun dövründə "Qəbələ" bürünc medalları qazandı və ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi.

- Görünür, "Qəbələ"yə sizi "Çernomorets"də çiyin-çiyinə çalışdığınız Roman Qriqorçuk dəvət edib?

- Bəli, Ukraynada çətin dövrlərə qayıtsaq, "Çernomorets"in heç nəyi yox idi. Qriqorçuk bu səbəbdən özünə yeni iş yeri axtarırdı. Mənə demişdi ki, səni özümlə aparacağam. Ona görə də Qriqorçukun hansı kluba gedəcəyini internetdən izləyirdim. Günlərin bir günü eşitdim ki, o "Qəbələ" ilə müqavilə imzalayıb. Daha sonra o mənə zəng edərək "Qəbələ"yə dəvət etdi.

- Bu mütəxəssisi necə xarakterizə edərdiniz?

- Roman İosifoviç futbolla alışıb yanan fanatdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.

- Ötən mövsüm Avropa Liqasında "Krasnodar", PAOK və Dortmund "Borussiya"sı ilə bir qrupda olarkən əvvəldən özünüzü "sirli at" sayırdınız?

- Necə deyərlər, iştah yemək zamanı gəlir. Biz sonda topladığımızdan daha çox xal yığa bilərdik. Konkret, Krasnodarda 1:2 hesabı ilə uduzduğumuz matçda heç də pis oynamadıq, yetərincə qol imkanımız oldu. Üstəlik, baş hakim qolumuzu saymadı. Ancaq əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hülya Avşar şəxsi həyatından bəhs edən filmin GİZLİNLƏRİNİ AÇDI

17 Avqust 2017 10:18

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (17.08.2017)

17 Avqust 2017 10:17

“Azərsu”nun törəmə şirkəti açıq tender keçirir

17 Avqust 2017 10:17

"Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib

17 Avqust 2017 10:17

Hər gün bir diş sarımsaq yesəniz...

17 Avqust 2017 10:17

Pərvin Abıyeva qaydaları pozdu, təhqir etdi: “Sponsorumun barmağı girsin sənin…” - VİDEO

17 Avqust 2017 10:13

Qızıl bahalaşdı

17 Avqust 2017 10:09

"Barselona" Arda Turanın qiymətini açıqladı

17 Avqust 2017 10:07

Deputat xaricdəki azərbaycanlılara səsləndi - "Qarabağ" üçün

17 Avqust 2017 10:07

Bakıda qadın həmcinsini xəstəxanalıq etdi

17 Avqust 2017 10:04

“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür

17 Avqust 2017 10:03

Prokuror "Qala BTX" MMC-nin keçmiş əməkdaşlarına ümumilikdə 493 il cəza istəyib

17 Avqust 2017 10:02

Azərbaycan nefti bahalaşdı

17 Avqust 2017 09:58

Naxçıvan əhalisinin sayı açıqlanıb

17 Avqust 2017 09:57

AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!

17 Avqust 2017 09:54

Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...

17 Avqust 2017 09:53

Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib

17 Avqust 2017 09:52

CƏBHƏDƏN XƏBƏR VAR

17 Avqust 2017 09:49

Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO

17 Avqust 2017 09:48

Kopenhagendə "Qarabağ"ı izləmək neçəyə başa gələcək? (QİYMƏTLƏR)

17 Avqust 2017 09:47

Atatürkün portreti silinir - 35 il sonra

17 Avqust 2017 09:43

Türkiyədə zəlzələ: 17 min ölü, 44 min yaralı

17 Avqust 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

17 Avqust 2017 09:37

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

17 Avqust 2017 09:37

Bakıda 32 yaşlı kişi özünü asaraq intihar edib

17 Avqust 2017 09:37

Atəşkəs ötən gecə də pozuldu - 100 dəfədən çox

17 Avqust 2017 09:34

VALYUTA MƏZƏNNƏLƏRİ

17 Avqust 2017 09:33

"Dünyanın ən gözəli" bu şəhər seçildi - FOTO

17 Avqust 2017 09:29

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

17 Avqust 2017 09:28

Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar

17 Avqust 2017 09:27

"Azercell" abunəçilərini xəbərdar edib

17 Avqust 2017 09:27

Bakıda kafe yandı

17 Avqust 2017 09:27

Naft bahalaşdı

17 Avqust 2017 09:23

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2017)

17 Avqust 2017 09:22

Paytaxtın şimal hissəsi yanır - VİDEO

17 Avqust 2017 09:18

“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

17 Avqust 2017 09:17

Millət vəkili: "Kim istəyirsə, qonaqlıq verə bilərəm"

17 Avqust 2017 09:17

Xarici valyutaların manata qarşı məzənnələri

17 Avqust 2017 09:16

Bu ərazilərdə EV TİKMƏYİN - XƏBƏRDARLIQ

17 Avqust 2017 09:13

Samuxda zəlzələ olub

17 Avqust 2017 09:05

Samuxda ZƏLZƏLƏ

17 Avqust 2017 09:03

Venesuelada həbsxanada toqquşma - 35 ölü

17 Avqust 2017 09:03

Britaniyanın baş naziri Trampı tənqid edib

17 Avqust 2017 08:52

Model Didem Soydanın cəsarətli fotosu minlərlə BƏYƏNMƏ ALDI

17 Avqust 2017 08:33

Şəmkirdə avtomobil piyadanı vurub

17 Avqust 2017 08:22

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

17 Avqust 2017 08:03

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust 2017 08:02

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12