""Qızıl top"u qazanmaq şansım yoxdur"

""Qızıl top"u qazanmaq şansım yoxdur"
14:22 23 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm 40 qolla Avropada ən məhsuldar futbolçu olan Luis Suarez "Qızıl top"a əsas namizədlərdən biridir. Buna baxmayaraq uruqvaylı forvard bu mükafatı qazanmağını qeyri-mümkün hesab edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Suarez 2007-ci ildən Messi və Ronaldo arasında əl dəyişdirən "Qızıl top"un təqdimatında marketinq amillərinin nəzərə alındığını qeyd edib.

"Qızıl top" meydanda qazanılan uğurlardan çox marketinq və medianın təsiri altındadır. Aldığım hər mükafatı haqq etmişəm. "Qızıl buts" Avropada ən çox qol vurduğuma görədir. Məndən başqa bunu qazanmağa altenativ yox idi. "Qızıl top"u almaq şansı görmürəm. Çünki marketinqə güclü təsirim yoxdur. Məqsədim yenidən Çempionlar Liqasının qalibi olmaqdır. Messi ilə yanaşı oynamaq şərəfini əldə etdiyim üçün "Qızıl top"u almaq mümkün deyil. Özümü heç kimlə müqayisə etmirəm. Öz oyun tərzim var. Komandama kömək etməyə çalışıram. İndvidual mükafatlar alıramsa, bombardir və bəzən eqoist olduğuma görədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR