Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib.
Publika.az xəbər verir ki, 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan
Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq
Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.