Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suriyalı uşaq Ərdoğanı görüb ağladı

Suriyalı uşaq Ərdoğanı görüb ağladı

Date: 23 October 2016 14:57

Suriyadakı savaşda valideynləri və 2 qardaşı öldürülən 12 yaşlı Adullah adlı suriyalı uşaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qucaqlayaraq, ona təşəkkür edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bursada təşkil olunan mərasimdə Tükiyə prezidenti də iştirak edib.

Çıxışı zamanı Ərdoğana yaxınlaşan suriyalı uşaq onu qucaqlayaraq, minnətdarlığını bildirib. 
Daha sonra Suriya preizdenti Bəşər Əsədin əleyhinə şüarlar səsləndirən Abdullah oraya toplaşan insanların təəccübünə səbəb olub. 
Suriyalı uşaq "Məhv olsun Əsəd, Allah səndən razı olsun Ərdoğan" şüarını səsləndirib.

Milli.Az


Tags:  Suriyalı uşaq Ərdoğanı görüb ağladı

RƏYLƏR


Top news