Azərbaycanlı skripkaçı beş qaydanı birdən pozdu və... - VİDEO

Azərbaycanlı skripkaçı beş qaydanı birdən pozdu və... - VİDEO
15:13 23 Oktyabr 2016
113 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Eyni anda 5 qayda pozuntusuna yol verən skripkaçı bu azmış kimi qayda pozuntularının videosunu sosial şəbəkələrdə də paylaşıb. Sənətçinin pozduğu qaydalara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi münasibət bildirib.

Publika.az xəbər verir ki, əməkdar artist idarə etdiyi avtomobil ilə eyni anda 5 qaydanı kobud şəkildə pozub. Söhbət skripkaçı Səlim Abbasovdan gedir. Özünün lentə aldığı kadrlardan da göründüyü kimi, Səlim qanunla qadağan olduğu halda, 2 yaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirib. Halbuki, bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim özü təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Əməkdar artist çəkdiyi videonu özü sosial şəbəkələrdə yayıb.

Belə aydın olur ki, əməkdar artist bir videoda 5 qayda pozuntusuna yol verib. Bunlar, sərnişindaşıma qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək, mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaqdır.

Sənətçi bununla bağlı Xəzər Xəbər-ə bildirib ki, həmin görüntü bir neçə ay əvvəl yaşadığı ''NZS'' qəsəbəsində ara küçələrdən birində çəkilib.

''Həmin vaxt bacım oğlu ilə avtoyuma məntəqəsindən gələrdik. Mən heç vaxt uşağın həyatını təhlükəyə atıb hərəkətin intensiv olduğu yola çıxmaram''.

Məsələya Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. Görüntünü izləyən idarənin bölmə rəisi sənətçinin qayda pozduğunu bildirdi

Vaqif Əsədov onu da qeyd etdi ki, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı yayılan bütün görüntülərə yol polisi dərhal münasibət bildirir. Bu səbəbdən də artıq Səlim Abbasovun idarəyə gəlməsi ilə bağlı ona məlumat da verilib.

Qeyd edək ki, hələ bir müddət əvvəl yol polisi sənətçilərə klip və ya seriallara çəkilərkən yol hərəkəti qaydalarına riayət etmələrini, xüsusən də təhlükəsizlik kəmərindən istifadə etmə və mobil telefonla hərəkət zamanı danışmamaları barədə xəbərdarlıq etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR