Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır

Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır
15:32 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.
"Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq", - deyə nazir "Al-Rai" telekanalına müsahibəsində bildirib.
Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/kuveyt-2017-ci-ilde-neftin-qiymetini-50-60-dollar-hecminde-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR