Futbolçu komaya düşdü, ayılandan sonra bilmədiyi dildə danışdı

Futbolçu komaya düşdü, ayılandan sonra bilmədiyi dildə danışdı
16:47 23 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-lı gənc futbolçu Reuben Nsemohun başına maraqlı hadisə gəlib.


16 yaşlı futbolçu matçların birində baş nahiyəsindən ciddi xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçu əməliyyat olunub və 3 gün koma vəziyyətində yatıb.


Futbolçunun valideyinləri "WSB Radio”ya açıqlamada bildiriblər ki, Reuben komadan ayıldıqdan sonra onları təəccübləndirib. Belə ki, ingilis dilindən başqa dil bilməyən gənc futbolçu komadan ayıldıqdan sonra sərbəst şəkildə ispan dilində danışıb. Onun bu vəziyyəti isə hər kəsin marağına səbəb olub. Reuben isə verdiyi açıqlamada heç vaxt ispan dilini bilmədiyini və ispanca bəzi sözləri kiçik yaşlarında qardaşından eşitdiyini vurğulayıb.


Valideyinləri bildiriblər ki, hazırda futbolçunun vəziyyəti yaxşıdır və onun bütün müalicə xərclərini özləri çəkirlər.(“Qafqazinfo”)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcu-komaya-dudu-aylandan-sonra-bilmdiyi-dild-dand-t53562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR