Müstəqilliyimiz əbədidir - 25 il - FOTO

Müstəqilliyimiz əbədidir - 25 il - FOTO
17:27 23 Oktyabr 2016
196 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə "Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunmuş" veloyürüş keçirilib.

Dövlət Bayrağı Meydanından start götürməkə Heydər Əliyev Mərkzinin yanında başa çatan yürüşdə ümumilikdə 200-ə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib. Veloyürüş gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması və onların asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı, daha böyük bir əhəmiyyət daşıyır.

Yürüşün əsas məqsədi Müstəqillik Gününün əhəmiyyətinin bir daha diqqətə çatdırılmasına yönəlib. Belə ki, bu sadəcə bir veloyürüş yox, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinə və suverenliyinə daha bir töhfədir.

Milli.Az



































Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR