“Səhhətimdə həmişə problemlər olur"

“Səhhətimdə həmişə problemlər olur"
18:52 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu günlərdə ustad aşıq Ədalət Nəsibovun səhhətinin ağırlaşdığı barədə məlumat yayılmışdı. Sənətkar ilə əlaqə saxlayıb, onun səhhəti ilə maraqlandıq. 

Milli.Az xəbər verir ki, Ədalət Nəsibov səhhəti ilə bağlı musavat.com-a bunları dedi: "Qış və payız aylarında mənim səhhətimdə həmişə problemlər olur. Bilmirəm, "yel"dir, ya nədir. Xüsusən də ayaqlarımda, oynaqlarımda ağrılar olur. 3-4 gün dincəlirəm, sonra ağrılar çəkilir".

Ustad aşıq onu heç vaxt unutmayan dostlarından da razılıq etdi: "Hamısı can-ciyərdilər. Hamısı gəlib, yoluxurlar məni".

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR