Zərərli bakteriyaların ağıza daxil olmasının 7 yolu –

Zərərli bakteriyaların ağıza daxil olmasının 7 yolu –
19:17 23 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Sağlam bir bədən o bədəndir ki, mikroba malik olmasın. Bağırsaqlarımızda faydalı bakteriyalar vardır ki, həzm sisteminə yardım edirlər. Mikrobların əksər hissəsi bədənimizə ağızımızdan daxil olurlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu mikroblar hüceyrə və proteinlərə yapışmış halda ağızımızdan bədənimizə daxil olurlar. Zərərli mikrobların ağıza daxil olmasının 7 yoluna işarə edək:

1. Şiniyyat yedikdən sonra dişləri yumamaq. Şiniyyatdan çəkinmək çətin bir işdir. Xüsusilə də o kəslər ki, şirniyyata aşiqdirlər. Şirniyyat zərərli bakteriyaların dişləri cürütməsinə yardım edər. Ağızdan pis iylərin gəlməsinə səbəb olar.
2. Yeməkdən əvvəl əlləri yumamaq. Mikrobların çoxu insanın əlləri ilə təmasda olar. İstər əşyalarla təmas olsun, istərsə də çirkli məkanlarla. Əgər əlləri yumadan yemək yesəniz, həmin mikroblar əllərinizdən ağzınıza daxil olacaq və çox sayda problemə yol açacaqdır.
3. Dırnaqları yemək. Dırnaq yemək yayılmış pis adətlərdən biridir. Ancaq insan bilməlidir ki, dırnaqları elə bir yerdir ki, mikroblar adətən orada toplanmağı sevərlər. Bu yolla da ağıza rahat şəkildə daxil ola bilərlər.
4. Siqaret çəkmək. Siqaret nəinki ağciyər üçün ziyanlıdır, həm də ağıza mikrobların daxil olmasında da təsirli rola malikdir. Siqaretin tərkibində nikotin maddəsi vardır ki, dişləri saraldar və damaqları xəstə edər. Siqaret ağızda mikrobların çoxalmasına və damaqların üzərində inkişaf etməsinə şərait yaradar.
5. Tüpürcək yolu ilə. Mikroblar tüpürcək yolu ilə də ağıza daxil ola bilir. Adətən insan başqa insanları öpən zaman bu mikroblar tüpürcək yolu ilə başqa insana keçər və ağzına daxil olar. Ona görə də valideynlərə tövsiyə olunur ki, körpə uşaqlarının ağzından çox öpməsinlər.
6. Boşqabın çirkli olması. Bəzən boşqabların üzərində yemək ləkələrini görmək olur. Bu mənzərə nəinki çirkin görünür, həm də mikrobların toplaşdığı məkandır. Bu boşqab vasitəsilə həmin mikroblar insanın ağzına daxil olar.
7. Soyuducunu təmizləməmək. Mikroblar gizlənməyi yaxşı bilirlər. Ona görə də elə yerlərdə çoxalırlar ki, siz güman belə etmirsiniz. Bu mikroblar soyuqda belə, sağ qala bilirlər. Ona görə də yeməklərinizi saxladığınız soyuducunu həftədə bir dəfə təmizləməyə çalışın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR