Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hafizə haqqında 10 həqiqət

Hafizə haqqında 10 həqiqət

Date: 23 October 2016 20:12

Hafizə həyatımızda mühüm rola malikdir. Hafizə sanki içərində çoxlu sənəd kitabçası olan bir otaqdır. Hafizənin 10 həqiqəti ilə tanış olaq:

1. Hippokamp - beyinin o hissəsidir ki, məlumatı saxlamaqda böyük rola malikdir. Hippokamp limbik sisteminin bir hissəsini təşkil edir. Bu sistem insanın hiss və xatirələri ilə rabitədədir. Hippokamp beynin hər iki tərəfində olar. Əgər bir tərəfdə olan zədələnərsə, o zamana qədər ki, o biri tərəfdə olan sağlam olar - hafizə fəaliyyətini davam etdirər. Əgər hər iki tərəf də zədələnərsə, o zaman insan hər şeyi unudar. İnsanın yaşı artdıqca hippokampın fəaliyyəti zəifləyər. (Tebyan saytına istinadən)
2. Qısamüddətli hafizə. Mütəxəssislərin nəzərinə görə 7 mövzu 20-30 saniyə qısamüddətli hafizədə saxlanılar.
3. Uzunmüddətli hafizə. Mütaliə, təmrin, mövzunu təkrar etmək, imtahan vermək mövzunu hafizənin uzunmüddətli hissəsində saxlamağın ən yaxşı yoludur. Bir tədqiqat zamanı şagirdlərə yeni dərs keçirlər və sonra imtahan götürürlər. Nəticə göstərir ki, şagirdlər həmin mövzunu çox gec unudurlar.
4. Hafizəni yaxşılaşdırmaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, mövzunu təkrar etmək - unutqanlığa qalib gəlməyin ən yaxşı yoludur. Bundan başqa əgər bir mövzunu yadda saxlamaq sizin üçün çətindirsə, onu zehninizdə təsvir etməyə çalışın. Misal üçün maşının açarını qoyduğunuz yeri zehninizdə təsvir edin və şəklini çəkin. Gələn dəfələrdə onu rahat tapacaqsınız.
5. Unutqanlığın səbəbi. Unutqanlıq o zaman baş verir ki, həmin mövzunu çox az yada salmısınız. Təkrar etmədiyinizə görə beyninizdən silinmişdir. Bəzi dərmanlar vardır ki, insanın hafizəsinə mənfi təsir göstərir və unutqanlığa səbəb olur.
6. Unutqanlıq və filmlər. Yəqin ki, siz də belə filmləri izləmisiniz ki, orada bir insanın başına zərbə dəyir və hər şeyi unudur. Ancaq əgər yeni zərbə dəyərsə, xatırlayar. Əslində bu, nadir hallarda baş verir. Unutqanlığa səbəb olan əsil amillər bunlardır: cisim zədə görərsə, misal üçün qəzaya düşərsə müvəqqəti olaraq xatirələrini əldən verə bilər. Bəzi dərmanlar vardır ki, insanın müvəqqəti unutqanlığına səbəb olur. Əgər bu dərmanları içməsəniz, təbii hafizə geri qayıdacaqdır.
7. İy - güclü hafizədir. Heç indiyə qədər olub ki, bəzi iylər sizi keçmişə aparsın? İy əsəb telləri amiqdalanın yaxınlığında yerləşir. Amiqdala beynin o hissəsidir ki, xatirələrlə rabitədədir.
8. Əsəb hüceyrələri arasındakı rabitə. Hafizədə toplanan məlumatlar əsəb hüceyrələrindən keçər. Əsəb hüceyrələri ölərsə, insan hafizəsini itərər və əxlaqı dəyişər. Əgər idman etsəniz və siqaret çəkməsiniz, bu hüceyrələr demək olar ki, ölməz.
9. Yuxu və hafizə. Yuxusuzluq hafizəni zəiflədər.
10. Yaşlı insanlar və hafizə. Yaş artıqca hafizə zəifləyər. Əgər bu yaşda stresdən uzaq olsanız və mütaliə ilə məşğul olsanız, hafizənizi qoruya bilərsiniz.

Milli.Az


Tags:  Hafizə haqqında 10 həqiqət

RƏYLƏR


Top news