Fransa "Cəngəllik" düşərgəsini dağıtmağa hazırlaşır

Fransa "Cəngəllik" düşərgəsini dağıtmağa hazırlaşır
20:12 23 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa rəsmiləri bazar ertəsi Kaledə "Cəngəllik" adlanan miqrant düşərgəsini təmizləməyə hazırlaşırlar.
Hakimiyyət orqanları bildirirlər ki, 7 minə yaxın insan yoxsul şəraitdə düşərgədə yaşayır. Onlara Fransada qaçqın mərkəzlərində yerləşdirilmək təklif ediləcək.
Lakin narahatlıqlar var ki, Britaniyaya getmək istəyən bəzi miqrantlar hələ də orada qalmaq istəyərlər.
Milli.Az BBC-yə istinadən bildirir ki, Böyük Britaniya bu düşərgədən təqribən 1,300 kimsəsiz uşağın qəbuluna başlayıb.
Xeyriyyə cəmiyyətləri Fransa hökümətinə yetkinlik yaşına çatmayanlarla müsahibələr aparmaq və Böyük Britaniyaya kimin köçürülməli olduğunu təsbit etmək üçün yardım edir.
Fransanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik səbəbilə uşaqlar yük konteynerlərinə köçürüləcək, Cəngəlliyin qalan hissəsi isə söküləcək.

Bazar ertəsi miqrantları köçürmək üçün 60 ədəd avtobus göndəriləcək.
Fransa ərazisində miqrantları yerləşdirmək üçün 7500 boş ev mövcuddur.
Çərşənbə axşamı isə çadırları və sığınacaqları dağıtmaq üçün oraya ağır texnika göndəriləcək.
Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, "zor tətbiq edilməyəcək, amma miqrantlar və ya QHT-lər narazılıq edərsə, polis müdaxilə etməyə məcbur olacaq".
Cəngəllikdə əsasən Afrika və ya Orta Şərqdən miqrantlar yaşayır.
Cəngəllik düşərgəsi Kale limanının yaxınlığındadır
Rəsmi məlumata görə orada 7000 miqrant yaşayır, hüquq müdafiəçiləri isə orada 10 min şəxsin yaşadığını deyir
İnsanların sayı artsa da, düşərgənin ərazisi kiçildilib
Düşərgədə insanların sayı artdıqca zorakılıq barədə məlumatların sayı da artıb
Bir çox miqrant Britaniyaya keçmək üçün İngilis Kanalına gedən yük maşınlarında gizlənir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR