Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərləndı

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərləndı

BAKIDA FACİƏ: beş uşaq dərmandan zəhərləndi (03 Mart 2017 10:44)
Bir gündə Bakıda beş uşaq dərmandan zəhərləndi (03 Mart 2017 10:43)
Kişi evində dəm qazından zəhərləndi (12 Fevral 2017 13:03)

Tarix: 23 Oktyabr 2016 20:22

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 14:30 radələrində rayonun Kosalı kənd sakini, 1965-ci il təvəllüdlü Nüsrət İsmayıl oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, 51 yaşlı N. Əhmədov kəndin ərazisindəki çöl sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ərazidən göbələk yığıb, onu bişirərək yeyib.  Göbələk yedikdən bir qədər sonra N. Əhmədov özünü pis hiss etməyə başlayıb.
N. Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Milli.Az


Teqlər:  Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərləndı



RƏYLƏR


Top xəbərlər