"Sevilya" İspaniya çempionatının birinci pilləsinə yüksəlib

"Sevilya" İspaniya çempionatının birinci pilləsinə yüksəlib
20:37 23 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubu "La Liqa"nın 9-cu turu çərçivəsində Madridin "Atletiko" klubunu məğlub edərək liderliyə yüksəlib.
"Report" xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.
Matçda yeganə qolu 73-cü dəqiqədə Stiven N'Zonzi vurub. Rəqib 77-ci dəqiqədə azlıqda qalıb. "Atletiko"nun futbolçusu Koke ikinci sarı vəqərə alaraq meydandan qovulub. Bu, Madrid klubu üçün cari mövsümdə ilk məğlubiyyət olub.
"Sevilya" hazırda 20 xal ilə turnir cədvəlinə liderlik edir. "Atletiko" 18 xalla üçüncü pillədədir.
Növbəti tur "Sevilya" səfərdə "Sportinq"lə qarşılaşacaq, "Atletiko" isə öz meydanında "Malaqa"nı qəbul edəcək.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/sevilya-i-spaniya-cempionatinin-birinci-pillesine-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR