Hər dərdə dəva olan quru meyvələr

Hər dərdə dəva olan quru meyvələr
20:42 23 Oktyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Quru ərik

Həzm problemlərinə qarşı yaxşı təsir edir. Stressin və qanazlığının qarşısını alır. Daşıdığı A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək içərisindəki kalium sayəsində ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir.

Quru alma
Milli.Az deyerler.org-a istinadən bildirir ki, xüsusilə qatıqla birlikdə yeyildikdə, zəhərli ishal növləri əleyhinə çox güclü təsiri vardır. Lifli xüsusiyyəti sayəsində tox tutar. Gözlərinizi yoracaq bir işdə çalışırsınızsa, hər gün bir ovuc quru alma yemək yaxşı təsir edər.    

Quru xurma
Antioksidant tərkibi ilə immuniteti gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri sağlamlığının qorunmasında rol oynayır. Yüksək fibrin tərkibi ilə mədə pozğunluğuna qarşı yaxşı təsir edir.

Quru əncir
Yağ, sodium, xolesterinin olmadığı və yüksək lif nisbətinə malik olduğu üçün, köməkçidir. Daşıdığı protein miqdarı baxımından zəngin olmasa da, sintezində istifadə edilən turşu baxımından zəngindir. Bu səbəblə hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxitə qarşı təsirlidir. Bədənin yenilənməsində fəal rol oynayır.

Qara quru ərik
Tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C və E vitaminləri daxildir. Xərçəng və qocalmağa qarşı qoruyucu təsiri vardır. Daşıdığı zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə əleyhinəyaxşı təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR