Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Həbsxanadakı məhbusa ərə getdim" - Müğənni Gülaydan etiraf

"Həbsxanadakı məhbusa ərə getdim" - Müğənni Gülaydan etiraf

Date: 23 October 2016 21:05

"Cesaretin var mı aşka" mahnısından sonra məşhurlaşan türk müğənni Gülay illər əvvəl ayrıldığı sevgilisinin geri dönməsinə mane olmaq üçün həbsxanada cəza çəkən, onun fanatı olan məhbusa ərə getdiyini açıqlayıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, müğənni bunu Emel Müftüoğlunun aparıcılıq etdiyi "360 Derece Emelce" proqramında söyləyib.

"Şəffaf həyatım var, amma bu məsələ barədə danışmamağa üstünlük verdim. Həbsxanadakı məhbusa ərə getdim. Bir eşq vaqeəsidir bu. Bir adama çox alışmıdım. Amma onunla birlikdə olmağım yaxşı heç nə vəd etmirdi. Onu çox sevsəm də, ayrılmaq məcburiyyətində qaldım. Başqa birisinə də ərə getmək, onunla yaşamaq niyyətim olmadığı üçün həbsxanada cəza çəkən, pərəstişkarım olan məhbusla kağız üzərində nikaha girdim. Tamamən kağız üzərində bir nikahdı", - Gülay deyib.

Bu nikaha bir müddət sonra son verən müğənni Güülay iş adamı Serkan Borana ərə gedib.

Milli.Az


Tags:  Həbsxanadakı məhbusa ərə getdim Müğənni Gülaydan etiraf

RƏYLƏR


Top news