"Günəş yenə doğacaq" - Gecə oxusu

"Günəş yenə doğacaq" - Gecə oxusu
21:06 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Gecə elektrik istehsal edən batareya yaradılıb (04 Aprel 2017 07:52)
Gecə elektriki generasiya edən günəş batareyaları yaradılıb (03 Aprel 2017 13:35)

Münasibətin 3 ay, 3 il olmasının önəmi yoxdur. Beyin bütün ayrılıqlara eyni reaksiyanı verir. Gerçək eşq acısı varlığın təməl nöqtəsində yerləşir. İnsanı ən zəif nöqtəsindən möhkəmcə yapışır, bütün orqanizmə metastaz vermiş xərçəng kimi yayılır.

Ayrılıqdan sonra ağrı başlayır. Dayanılmaz əzab bütün bədəni sarır.

Hisslərin “Sevgi” adlı saray da olsa, ayrılıq zəlzələsinin törətdiyi uçqundan qurtula bilmir. Həyatın darmadağın olur. Xarabalığın altında qalırsan. Zəlzələdə uçulmuş evin altında çarəsiz gözləyən adamlar kimi xilas gözləyirsən. Ölümlə qalım arasında mübarizə aparırsan – ac, susuz, tükənmiş... Gözün zillənir uçqundan süzülən işıq şüalarına...

Bu acını müharibə ilə müqayisə etmək olar. Müharibə baş verən ölkələr uzun illər toparlana bilmədiyi kimi, ayrılıq da insanda yıxım, bombardman kimi ağır iz qoyur.

İnsanın heç dırnağı ağrıyar, dərisi sızıldayar? Ayrılıq bu cür anormal ağrıları qabardır. Bütün xəstəliklər baş qaldırır. Güc tükənir, iştah kəsilir. Elə bil boğazında yumruq boyda nəsə qalıb. Udquna bilmirsən. Yediyinin, içdiyinin dadı olmur. Mədəyə pis xəbər almış kimi ağrı dolur. Ürək döyüntülərin də yavaşıyır sanki. Qamətin şuxluğunu itirir. Qabırğan ətə batırmış kimi ağrı verir. Nəfəs almağa gücün çatmır.

Ağrı zamanla xroniki hal alır. Çiyinlər üzərində yük daşıyırmış kimi əyilir. Aşağı təzyiqin yaratdığı göz qaralmaları, baş fırlanmaları sıxlaşır. Çarpayının yanından sitramon, valerian, karvavol əskik olmayan günlər başlayır. Bəzən otağın havası xəstəxana palatalarından gələn qoxunu xatırladır. Önünə qoyulan yeməklərin qoxusunun ürək bulantısından başqa təsiri olmur. Bəzən insanı xoşbəxt edən, nəsə baş verir, amma bütün sevinclər keçici olur. Tək qalan kimi ağrılar yenidən başlayır.

Çətinliklə dolu olan bir neçə gün geridə qalır. Unutduğunu düşündüyün, sevmədiyini sandığın anda şəklini, mesajını görər, gözündən yaşı leysana çevirərsən.

Gözün ancaq yaşaranda parıldayar. Saçların, hətta qaşların, kipriklərin stressdən tökülməyə başlayar.

Ayrılıq zamanı ən dərin “yara” alan dodaqlar olur. Öpülməkdən şişən, qırmızı qanla dolan dodaqlar, quruyur, təravətini itirir. Dodaq boyası da bunu ört-basdır edə bilmir. Hər gün göz yaşından şişmiş gözlərlə oyanırsan.

Bir müddət sonra gözaltı torbalarını gizlədə də bilmirsən. Gözgörəti əriyib çöpə döndüyün gözlərdən yayınmır. Kədər zəli kimi yapışır. Onu fikirləşərkən çatılmış qaşlar, alına ilk düşən xətt olur.

Bilirsən ki, heç nə olmayacaq, amma hər an səkəsəkədə olursan. Gələn bütün mesajlar yuxudan oyatmış kimi diksindirir. İlk günlər gələn bütün zənglərin ondan olduğu düşüncəsi insanı alt-üst edir. Telefonun zəngini dəyişirsən. Guya tək problem buymuş...

Bir müddət hər şeydən imtina edirsən. Özünə qapılıb dünyayla əlaqəni kəsirsən. Dərin sevgilərin ağrısı da dərin olur. Nə ölkədə, nə dünyada baş verənlər eşq acısı çəkən insanı maraqlandırmır. Hətta ölkədə aclıq baş verib, dolların qiyməti 5 manata qalxsa, “burda nə var ki?” deyəcək bir ab-hava yaranır insanda.

Artıq nəyəsə təəccüblənmirsən də. Hər şey bəsit görünür. Sanki dünyada eşq acısından betər dərd-sər yoxmuş kimi hiss edirsən. Sonra dərd də doğmalaşır.

Kimsə problemindən danışanda adam öz dərdi ilə müqaisə edir, qarşısındakının dərdinin daha xəfif olduğunu düşünür.

Unutmaq üçün yollardan biri də mütaliədir. Amma oxunan bütün kitabları bir ilk, bir də 80-ci səhifəyə çatanda hiss edirsən. Fikrin kitabdan başqa hər yerə gedib çıxır.

Dəfələrlə özünə söz verirsən ki, sabah hər şey fərqli olacaq, onu düşünməyəcək, onun haqqında maraqlanmayacaqsan. Amma axşam etdiyi hər şeyin siyahısı, cinayəti işi kimi masanın üstündə olur. Baxırsan ki, bu gün də onu yaşamısan, düşünmüsən, onunçün ağlamısan...

Qısqanclıq dəli edər... Həyatında kimsə varmı deyə çatlayarsan, sosial şəbəkədə paylaşdığı mahnıya dəfələrlə qulaq asıb, sənə, ya başqasına mesaj verdiyini müəyyən etməyə çalışarsan. Özünə aid ipucu tapmayanda dünya başına yıxılar.

Yuxusuzluq qənim kəsilər. Səhərə yaxın yatıb, günortadan xeyli keçmiş oyanarsan. Xatırlamamaq üçün yenidən yatmağa çalışarsan. 

Qaçıb canını qurtarmaq üçün yer axtaracaq kimi olarsan. Amma problem getmək yox, onu özünlə daşımaqdır. Bir daha sevməmək üçün and içir, amma ayrılığın acısı bitəndən sonra yenidən aşiq olur, yenidən sevir insan. Ayrılıqlar, sevgilər nə ilkdir, nə də son. Yenə dəlicəsinə sevmək mümkündür. Nə olursa olsun, hər son bir başlanğıcdır. Günəş yenə doğacaq.

Türkan TURAN

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cinsi həyata təsir edən XƏSTƏLİKLƏR

27 May 2017 04:48

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05