Ağcaqanadlar daha çox hansı insanları seçirlər?

Ağcaqanadlar daha çox hansı insanları seçirlər?
21:17 23 Oktyabr 2016
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaponiyada aparılan bir araşdırmaya görə, ağcaqanadların qan qrupu 0(I) olan insanları dişləmə ehtimalı, qan qrupu A(II) olanları dişləmə ehtimalından iki qat daha yüksəkdir. Tədqiqatçılar, ağcaqanadlar üçün 0(I) qrupu qanının daha "ləzzətli" olduğunu bildirdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ağcaqanadlar, insanın hansı qan qrupundan olduğunu isə, insan vücudunun ifraz etdiyi bəzi maddələr vasitəsilə müəyyən edirlər.
ABŞ-da aparılan bir araşdırmaya görə, ağcaqanadlar gecə vaxtı digər vaxtlardan 500 qat daha çox hərəkətli olurlar. Aydın bir gecə vaxtı, xüsusilə qürub və şəfəq vaxtında, yemək axtaran dişi ağcaqanadlar tərəfindən dişlənmə ehtimalınız çox yüksəkdir.
Nəfəs verərkən atılan karbondioksid və laktik turşu kimi maddələr, ağcaqanadların ovunu daha asan tapmasına yardımçı olur. Buna görə, əgər qaçırsınızsa, ya da idman edirsinizsə, daha sürətli nəfəs aldığınız və verdiyiniz üçün dişlənmə riski daha yüksəkdir.
Bundan əlavə, mütəxəssislər tünd rəng paltar geyinənlərin, açıq rəng geyinənlərə nisbətən, ağcaqanadları daha çox cəlb etdiyini qeyd edirlər. Ağcaqanadların ən çox sevdikləri iki rəng qara və qırmızıdır. Ən bəyənmədikləri rəng isə sarıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR