Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda məktəblilər bu yolu zorla keçir - VİDEO

Bakıda məktəblilər bu yolu zorla keçir - VİDEO

Date: 23 October 2016 21:27

Paytaxtın Xətai rayonunda yüzlərlə şagird hər dəfə dərsə gedəndə böyük təhlükə ilə üzləşirlər. Çünki onlar təmirdən sonra sürət həddi artan və maşın çox olan yoldan keçmək məcburiyyətində qalırlar. Məsələ burasındadır ki, yolda nə yeraltı nədə yerüstü keçid qoyulub. Yolda piyada zolağıda yoxdur.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, avtomobillərin ardı-arası kəsilməyən bu yoldan böyük adamlar belə çətinliklə keçir. Halbuki bu yoldan hər gün yüzlərlə şagird yolu keçərək məktəbdə təhsil almağa məcburdur. Söhbət Xətai rayonunda 29 saylı məktəbin qarşısında yerləşən Telnov küçəsindəki hazırki vəziyyətdən gedir.

Məsələ münasibət bildirən Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, həmin ərazidə piyada zolağı, eləcə də yol nişanlarının qoyulması ilə bağlı onlara heç bir məlumat daxil olmayıb. Rəsmi müraciət olarsa əraziyə baxış keçirilə və müvafiq qərar verilə bilər.

Milli.Az


Tags:  Bakıda məktəblilər bu yolu zorla keçir VİDEO

RƏYLƏR


Top news