"Çelsi" "Mançester Yunayted"i darmadağın edib

"Çelsi" "Mançester Yunayted"i darmadağın edib
21:32 23 Oktyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazanıb.
"Report" xəbər verir ki, görüş "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Azar (62) və N'Qolo Kante (70) fərqlənib. Sonuncu, "Çelsi"nin heyətində ilk qolunu vurub.
Bu, londonlular üçün cari çempionatda ardıcıl üçüncü qələbə olub. Onlar Premyer Liqada "Mançester Yunayted"ə ardarda 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə).
Hazırda "Çelsi" turnir cədvəlində 19 xal ilə 4-cü, "Mançester Yunayted" isə 14 xalla 7-ci yerdə qərarlaşıb.
"Zadəganlar" oktyabrın 30-da keçiriləcək növbəti turda səfərdə "Sautqempton"un qonağı olacaqlar, "Mançester Yunayted" isə bir gün əvvəl öz meydanında "Bernli"ni qəbul edəcək.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/celsi-mancester-yunayted-i-darmadagin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR