Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hamı kimi yayda yox, ilin soyuq fəsillərində çayda çimir - VİDEO

Hamı kimi yayda yox, ilin soyuq fəsillərində çayda çimir - VİDEO

Date: 23 October 2016 21:32

Neftçala sakini olan Hüseyn Hüseynov bu soyuq günlərdə çayda çimir. Maraqlısı isə odur ki, o, yayda çimə bilmədiyini, çimdikdə isə səhhətində problemlər yarandığını deyir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hamı kimi yayda yox, ilin soyuq fəsillərində çayda çimir.

Neftçala sakini olan 38 yaşlı Hüseyn Hüseynov hər gün səhər tezdən Kür çayında çimməyi artıq həyat tərzinə çevirib. Onun sözlərinə görə, yay aylarında suyun tempraturu isti olduğu üçün çayda çimə bilmir. Çimdikdə isə səhhətində paroblemlər yaranır. Hüseyn deyir ki, soyuq suda çimdiyi üçün xəstəliklərə də tutulmur.

Hüseyn Kür çayının bir tərəfindən digərinə asanlıqla üzüb keçir. Neftçala ilə Bankə qəsəbəsi arsındakı 400 metr uzunluğu, 20 metrdən çox dərinliyi olan məsafəni istənilən hava şəraitində üzərək keçmək onunçün heç də çətin deyil.

Hüseyn Hüseynov peşəkarlığı sayəsində indiyə kimi müxtəlif su hövzələrində boğulmaq təhlükəsi ilə üzləşən 8 nəfərin həyatını da xilas etdiyini bildirir.

Milli.Az


Tags:  Hamı yayda yox ilin soyuq fəsillərində çayda çimir VİDEO

RƏYLƏR


Top news