Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saqqalın insan sağlamlığına misilsiz faydaları

Saqqalın insan sağlamlığına misilsiz faydaları

Date: 23 October 2016 21:52

BBC-nin verdiyi xəbərə görə, saqqallar həqiqətən bakteriya mənbəyidir. Ancaq saqqalarda olan həmin bakteriyaların insanın sağlamlığına ciddi müsbət təsirləri mövcuddur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Trust Me, I'm a Doctor" (Mənə güvənin, mən həkiməm) adlı məşhur həkim briqadası belə bir iddianı irəli sürüblər. Həkimlər saqqalla bağlı ciddi araşdırma apararaq, belə bir qənaətə gəliblər. Araşdırmalarında saqqallı səhiyyə işçilərinin yoluxucu xəstəliklərə daha az yoluxduqlarını ortaya çıxarıb. Yəni, görünən budur ki, saqqallar infeksiyalarla mübarizədədirlər!
 
Əlbəttə, burada "niyə?" sualı ortaya çıxır
 
Saqqaldakı bakteriyalar bir-birlərilə bölgə və qida üçün mübarizə aparırlar. Bu mübarizələrində istifadə etmək üçün də müəyyən maddələr ifraz edirlər. Bunlar bizə məlum olan antibiotiklərdir. Buna görə də, saqqal bakteriyaları bir-birilərini daim gücdən salır və məhv edirlər. Bundan sonra, yeni bakteriya hücumlarına qarşı müqavimət göstərirlər.

Milli.Az


Tags:  Saqqalın insan sağlamlığına misilsiz faydaları

RƏYLƏR


Top news