Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD-in İraqın Rutba şəhərinə hücumu nəticəsində 50 nəfər ölüb

İŞİD-in İraqın Rutba şəhərinə hücumu nəticəsində 50 nəfər ölüb

Hava zərbələri nəticəsində ölən 112 nəfərin meyiti aşkarlandı - Mosulda (27 Mart 2017 20:29)
Banqladeşdə partlayışlar: 6 ölü, 40-dan çox yaralı (26 Mart 2017 07:48)
Suriyada hava hücumu: 12 ölü (25 Mart 2017 15:57)

Tarix: 23 Oktyabr 2016 22:12

Bakı. 23 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması şənbə günü səhər İraqın İordaniya ilə sərhədində yerləşən Ənbar əyalətinin Rutba şəhərinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, ekstremistlər şəhərə üç istiqamətdən hücuma keçiblər. İŞİD və İraq ordusu arasında şiddətli döyüş olub və hazırda da davam etdiyi bildirilir. İraqın hərbi mənbələrinin məlumatına görə, silahlı toqquşma nəticəsində təqribən 20 yaraqlı məhv edilib. İraq ordusu 30 nəfərə yaxın itki verib.
Ər-Rutba terrorçulardan 2016-cı ilin mayında azad edilib. Həmin vaxtdan yaraqlılar dəfələrlə şəhər üzərində nəzarəti yenidən ələ keçirməyə çalışsalar da, bu, uğursuz olub.

Teqlər:  İŞİD-in İraqın Rutba şəhərinə hücumu nəticəsində 50 nəfər ölüb



RƏYLƏR


Top xəbərlər