Günə xoş əhval ruhiyyə ilə başlamaq üçün bu təamları yeyin

Günə xoş əhval ruhiyyə ilə başlamaq üçün bu təamları yeyin
22:12 23 Oktyabr 2016
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi qidaların əhval ruhiyyəmizi yüksəltdiyi elmi olaraq sübut olunmuşdur və bu səbəbdən də, depressiyanı azaltmağa kömək edən bu qidalarla tanış olaq:

1. Badam
Milli.Az deyerler.org-a istinadən bildirir ki, badam, maqnezium mineralından ibarətdir. Maqneziumun orqanizm üçün əhəmiyyəti böyükdür, çünki maqneziumun çatışmazlığı depressiyaya və digər psixoloji pozuntulara səbəb olur. Gündə 23 ədəd badam yeyərək, əhval-ruhiyyənizdə müsbət dəyişikliklər olduğunu görə bilərsiniz.
 
2. Şokolad
Şokolad, demək olar ki, antidepressantlar ilə eyni dəyərdə olan bədəndəki serotonin səviyyələrini artırır. Bundan başqa, şokolad stress hormanlarının istehsalını ləngidir və narahatlığı azaldır. Hər gün bir parça şokolad yemək sizin daha kefli olmağınızı təmin edir.
 
3. İspanaq
İspanaq orqanizmin serotonin səviyyəsinin düzgün olması üçün ehtiyac duyulan maqneziuma malikdir. Aşağı səviyyəli maqnezium, serotinin səviyyəsində azalmağa və depressiyaya səbəb ola bilər. Salat və isti yeməklərə əlavə edərək, ispanaq istehlakını artıra bilərsiniz.
 
4. Yumurta
Yumurta zülal və digər qida maddələri ilə depressiyayla mübarizə üçün təsirli olan populyar bir səhər yeməyidir. Sink baxımından zəngin olan yumurtaları yeyərək, həm sink çatışmazlığı, həm də depressiya kimi digər problemlərlə ilə mübarizə apara bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR