İraq qoşunları Mosula çatdılar

İraq qoşunları Mosula çatdılar
22:37 23 Oktyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstələri Mosulun şimal həndəvərinə çatıblar.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, iraqlı xüsusi təyinatlılar Mosulun Qövsiyyət məhəlləsinin yaxınlığındadır.
Bazar günü iraqlı hərbçilər kürdlərin "peşmərgə" dəstələri ilə birlikdə Mosulun şimal-şərqinə doğru iki cəbhədə irəliləyərək Başika qəsəbəsinə nəzarəti ələ keçiriblər.
Mosulun İŞİD-dən azad olunması ilə bağlı əməliyyatın daha da aktivləşəcəyi deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR