Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əl titrəməsinin ən geniş yayılmış səbəbləri

Əl titrəməsinin ən geniş yayılmış səbəbləri

Date: 23 October 2016 23:08

Tibb dilində "tremor" olaraq adlandırılan titrəmə, əzələlərin istək xarici olaraq gördüyü hərəkətlərdir və bəzilərimizin sosial həyatına təsir edəcək qədər narahatlıq verir.

Publika.az deyerler.org-a istinadən bildirir ki, insanlar çox həyəcanlananda, qorxanda və hirslənəndə də bu halla rastlaşırıq. Bu vəziyyətdə olan əsnada, damarlar genişlənir, əzələlər gərginləşir, ürək daha sürətli atmağa və mədə turşu ifraz etməyə başlayır. Bütün bu hərəkətə gəlmə adamın özünü ən yaxşı şəkildə qoruması üçündür. Məhz bütün bu müdafiə mexanizmi zamanı bədəndə titrəmə də olur.

Əl titrəmələrinin ən əsas səbəblərindən biri də parkinson xəstəliyidir. Bu xəstəlik əsasən, 65 yaş üstü insanlarda görülür və xəstəliyi daşıyan şəxs əlini sabit saxlayanda belə, titrəyir.

Əl titrəməsinin digər önəmli bir səbəbi çoxlu kofein qəbuludur. Kofein beyni oyadar və hərəkətə keçməsinə yol açar. Bu səbəblə də, insanda titrəmə görülə bilər.


Tags:  titrəməsinin geniş yayılmış səbəbləri

RƏYLƏR


Top news