Tovuzda 59 yaşlı kişi bıçaqlanıb

Tovuzda 59 yaşlı kişi bıçaqlanıb
23:28 23 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Z. Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR