Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

““Qəbələ”nin uşaqlarının parladığını görəcəyik” - Ronaldinyo

““Qəbələ”nin uşaqlarının parladığını görəcəyik” - Ronaldinyo

Date: 23 October 2016 23:32

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 36 yaşlı dünya çempionu "Qəbələ" klubunun dəstəyilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda "qırmızı-qaralar"ın U-15 komandasının üzvləri ilə şəkil çəkdirib.

Ronaldinyo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb: "Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydanda parladığını görəcəyik".

Milli.Az


Tags:  Qəbələnin uşaqlarının parladığını görəcəyik Ronaldinyo

RƏYLƏR


Top news