Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qida qəlbin dostudur

Bu qida qəlbin dostudur

Date: 23 October 2016 23:47

Çiyələk qəlbin dostudur. O, ürək xəstəliklərində əhəmiyyətli bir risk faktoru olan xolesterola qarşı müsbət təsir göstərir.

İtaliyadakı, Politeknik del Marçe, İspaniyadakı Salamanka, Qranada və Seviliya Universitetləri ilə birlikdə aparılan araşdırmada, çiyələyin qandakı ümumi xolesterini, pis xolesterin olaraq da bilinən dansiteli lipoprotein və trigiliseritlərin səviyyəsini əhəmiyyətli dərəcədə saldığı bəlli oldu.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm adamlarının 23 sağlam iştirakçı üzərində apardığı araşdırmada bir ay müddətində gündə yarım kiloqram çiyələk yeyənlərin qanındakı ümumi xolesterin miqdarının 8,78% düşdüyünü aşkar etdi. Elmi iş, çiyələk yeməyi kəsən iştirakçıların 15 gün ərzində yenidən köhnə səviyyələrinə qayıtdığını göstərdi.
Tədqiqatçılar çiyələyin faydalı təsirlərə yol açan maddənin hansı olduğuna dair hələ dəqiq bir sübutun olmamasına baxmayaraq, bütün işarələr və epidemiolojik işlərin bitkilərə qırmızı rəngi verən bir rəngləndirici olan antosiyaninləri göstərdiyini bildiriblər.
Həmçinin araşdırmada çiyələyin, ultrabənövşəyi şüalara qarşı qoruyucu təsiri olduğu, spirtli içkinin mədə sümük toxumasına verdiyi zərəri azaltdığı, qırmızı qan hüceyrəsi gücləndirdiyi və qanın qocalığını gecikdirmə qabiliyyətini yaxşılaşdırdığı qeydə alındı.

Milli.Az


Tags:  qida qəlbin dostudur

RƏYLƏR


Top news