Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı futbolçu Almaniyada qol vurdu

Azərbaycanlı futbolçu Almaniyada qol vurdu

Date: 24 October 2016 00:57

Almaniyanın Şimal-Şərq Regional Liqasında XI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu "Moyzelvits" doğma meydanda "Leyptsiq"in ikinci komandası ilə qarşılaşıb. 


Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0. Bu, Rüfətin komandasının geridə qalan 11 turda ilk qələbəsi olub.


Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Rüfət bu görüşdə sarı vərəqə də alıb.


Qeyd edək ki, 11 turdan sonra "Moyzelvits" 8 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Rüfət cari mövüsümün 11 oyununun hamısında meydana çıxıb və 931 dəqiqə oynayıb.


Fanat.Az


Tags:  Azərbaycanlı futbolçu Almaniyada qol vurdu

RƏYLƏR


Top news