Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuz sakini göbələkdən zəhərlənib

Tovuz sakini göbələkdən zəhərlənib

Date: 24 October 2016 02:08

Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1993-cü il təvəllüdlü Svetlana Abbasova ağır zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Abbasova yaşadığı evin həyətində göbələk yığaraq bişirdiyini və yedikdən sonra özünü pis hiss etdiyini bildirib.


Tags:  Tovuz sakini göbələkdən zəhərlənib

RƏYLƏR


Top news