Fətullah Gülənin daha iki qohumu tutuldu

Fətullah Gülənin daha iki qohumu tutuldu
04:34 24 Oktyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və  Büşra Gülən saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

 

Saxlanılanlar FETÖ  terror təşkilatı ilə əlaqədə olmaqda,  həmçinin  "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

 

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

 

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR