Tiflisdə NATO-nun bazasına hücum olub

Tiflisdə NATO-nun bazasına hücum olub
05:13 24 Oktyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Tiflisdə NATO təlimlərinin keçirildiyi Treninq Mərkəzinin yaxınlığında silahlı şəxs zərərsizləşdirilib. Azadliq.org-un məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzinə naməlum şəxslər girməyə cəhd göstəriblər.

Mühafizə xidmətinə hücum zamanı açılan atəşdən hücumçunun biri ölub, digərləri qaçıb.

Müdafiə Nazirliyinin hərbi polisi hücumun səbəbini araşdırır. Ancaq hücum edənlərin neçə nəfər olduğu barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, NATO-Gürcüstan Birgə Təlim və Evolusiya Mərkəzi ötən ilin avqustunda açılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR