Almalı xardal sousu - FOTO

Almalı xardal sousu - FOTO
07:05 24 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az almalı xardal sousunun hazırlanma qaydasını təqdim edir 

Mətbəx sirləri: Toffili peçenye

Tərkibi (250 q-lıq banka üçün): 

2 ədəd mixək
2 ədəd ağ istiot (dənə)
1 dəfnə yarpağı
1,5 alma (3 dilim)
3 x.q. xardal tozu
100 ml süfrə sirkəsi 
2 x.q. şəkər tozu
2 ç.q. duz

Almanı ədviyyatla birlikdə (mixək, ağ istiot, dəfnə yarpağı) az miqdarda suda yumşalınca bişirin. 

Qabığını çıxarıb isti-isti alma lətini əzin. 4 x.q. alma püresinə 3 x.q. xardal tozu və 1 ç.q. xardal dənələri (bunsuz da olar), 100 ml 6%-li sirkə, 2 x.q. şəkər tozu, 2 ç.q. duz qatıb qarışdırın. 

1 sutka sonra almalı xardal sousu hazırdır. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/481199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR