Sarkisyan erməni cəmiyyətini radikallaşdırır

Sarkisyan erməni cəmiyyətini radikallaşdırır
07:08 24 Oktyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Yerevanda bu ilin yayında polis polkunun tutulması ilə bağlı hadisələr tezliklə təkrarlana bilər.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, bunu dünən jurnalistlərlə görüşdə "Nüquqi özbaşınalığa qarşı" adlı hüquq müdafiə təşkilatının rəhbəri, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib.

"Hakimiyyət hər şeyi edir ki, cəmiyyət radikal olsun və əgər belə gedəcəksə çox tezliklə Yerevanda bu ilin iyul ayında polis polkunu tutmuş üsyançıların hərəkətlərini təkrarlayanlar tapılacaq. Hakimiyyət dərk etməlidir ki, cəmiyyətin əhval-ruhiyyəsinə və hərəkətlərinə görə bütün məsuliyyəti yalnız o daşıyır.

Amma xalqla hakimiyyət arasında böyük bir uçurum var və bütün vasitəçilik təklifləri rədd edilib.

Budur, bu günlərdə yenə informasiya yayıldı ki, general Vitali Balasanyan Sefilyanla (həbsin altında olan müxalifət lideri Jirayr Sefilyan nəzərdə tutulur-red.) prezidentin görüşünü təşkil etməyə söz verib. Ancaq bu sadəcə növbəti yalan idi.

"Sasna Srer”lə (polis alayını tutmuş üsyançı qrup-red.) bağlı yayda baş vermiş hadisələr yaxşı ki, daha çox qan tökülməsinə aparıb çıxarmadı, ancaq mən hakimiyyətin Pavlik Manukyana və onun oğluna qarşı təşkil etdiyi alçaqlığı heç vaxt bağışlamayacağam. Onları peşəkarlar güllələyirdilər. Və bunu heç də onları öldürmək və ya zərərsizləşdirmək məqsədi ilə etmirdilər. Bu, Sarkisyanın qisası idi, onlara bilərəkdən elə xüsusi silahdan və bədənlərinin elə yerlərinə atəş açırdılar ki, həyatlarının sonuna kimi şikəst qalsınlar", - deyə Larisa Alaverdyan vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR