Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlin ən yaxşı gənc futbolçusu seçildi

İlin ən yaxşı gənc futbolçusu seçildi

Date: 24 October 2016 07:19

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş  Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.

 

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

 

2003-cü ildə  “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

 

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı  futbolçudur.

 

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub.  Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.


Tags:  İlin gənc futbolçusu seçildi


RƏYLƏR


Top news