Çalıquşunu örnək götürən müəllim - FOTO

Çalıquşunu örnək götürən müəllim - FOTO
07:57 24 Oktyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Millimizin üzvlərindən örnək addım - FOTO (03 May 2017 14:42)

Gülnar Əhmədova: "Ucqar kənddəki uşaqların müəllimə ehtiyacı olduğu halda rahat şəraitdə dərs deməyi özümə sığışdırmadım" 

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Müəllimlik müqəddəs sənətdir. Gələcəyin memarı, insanların inandığı, ən dəyərli varlıqları olan uşaqlarını etibar etdiyi şəxsiyyətdir müəllim. Amma öz yerindən, yurdundan, rahat şəraitindən imtina edib ucqar kənd yerlərində dərs deyən müəllimlər haqqında nə qədər gözəl, təsirli sözlər desək də, kifayət etmir... Onlar öz fədakarlıqları ilə icra etdikləri peşənin qarşısında baş əydirirlər. Eynilə müsahibim Gülnar Əhmədova kimi... 

Fəridə kimi müəllim olacam...
 
Gülnar 1996-cı ildə Rusiyada müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsində "Kimya müəllimliyi" ixtisasına qəbul olub. Hazırda Şəmkir rayonunun ucqar kəndlərindən olan Nərimanlı kənd məktəbində dərs deyir. Müəllimlik peşəsinə yiyələnməsinin ən böyük səbəbi Rəşad Nuri Güntəkinin "Çalıquşu" əsəri və eyniadlı filmdir: "Çalıquşu"nda baş rolda oynayan Fəridəyə baxıb bu sənəti sevdim. Fəridə kənd uşaqlarına dərs deyir, onlara həm ana, həm bacı, həm müəllim olurdu. Onun fədakarlığı, bütün çətinliklərə baxmayaraq, sənətə sevgisi mənə çox təsir etmişdi. 8-ci sinifdən qərar verdim ki, mən də məhz Fəridə kimi müəllim olacam və kənd yerlərində ehtiyacı olan uşaqlara kimyanın sirlərini öyrədəcəm". 
 
Müəllimlik elə müqəddəs sənətdir ki...
 
Gülnar üçün müəllimlik fədakarlıq tələb edən sənətdir: "Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Hər bir şagirdin taleyi müəllimin əlində olur. Məhz müəllimin düzgün yol göstərməsi və təhsil verməsi şagirdin, xüsusilə də ucqar kənd şagirdlərinin bütün həyatını dəyişə bilər. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. O, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir. Müəllimlik elə müqəddəs sənətdir ki! Yeri gələndə kiçik bir uşağın göz yaşlarını silmək, valideyn kimi onlara qol-qanad açmaqdır. Bu işi icra edən şəxs mütləq onu sevməlidir. Bəzən valideynlərin uşaqlarına "müəllim də ola bilməyəcəksən?" kimi dediyi sözlər məni incidir. Məhz sənətimin haqqını vermək üçün ucqar kənddə dərs deməyi özümə borc bildim. Bir millətin milli, əxlaqi və mədəni cəhətdən güclü və mədəniyyət baxımından inkişaf etmiş olması müəllimlərdən asılıdır. Müəllim cəmiyyətdə davranış və görünüşüylə nümunə olmalıdır ki, "bir müəllim ola bilməyəcəksən" sözünü deməyə heç kimin haqqı çatmasın. Müəllim fədakar, əsl öyrədən olmalıdır. Mən də ehtiyacı olanların yanında olmaq istədim. Ucqar kənddəki uşaqların müəllimə ehtiyacı olduğu halda rahat şəraitdə dərs deməyi özümə sığışdırmadım".
 
"Kənd həyatının gözəlliyini hamı yaşamalıdır"
 
Gülnar ilk günlər kəndə gələndə darıxsa da, xəyallarını gerçəkləşdirərək kənddə sənətini icra etdiyi üçün xoşbəxtdir: "Kəndin insanları o qədər mehribandır ki, insan burada özünü yad kimi hiss etmir. Balaca kənddir və əhalisi çox sadə, səmimidir. Hamı bir-birini tanıyır, hörmət edir. Sevgi dolu,  qayğıkeş insanlar sanki bu kəndə yığılıb. Ümumiyyətlə,  kənddə böyüyə, kiçiyə çox böyük hörmət var".
Şəhər həyatından sonra kəndin çətinlikləri haqqında danışan müsahibimiz deyir ki, insan sevdiyi işi görürsə, bütün çətinliklər ona rahat görünür: "Çətinlik hər yerdə var. İnsan istəsə, xarabalığı cənnətə çevirə bilər. Hələ sevdiyi işi görmək, xəyallarını gerçəkləşdirmək istəyirsə, insanların qarşısında heç bir maneə durmaz. Buna görə də ucqar yerə gedənlər çətinlikdən qorxmasınlar. Kənd insanının səmimiyyətini, kənd həyatının gözəlliyini hamı yaşamalıdır".
 
İnternetsiz, planşetsiz uşaqlığım...
 
Müsahibimiz kənd məktəbi ilə şəhər məktəbinin fərqlərindən də danışdı. Deyir ki, nəinki şagirdlər, ümumiyyətlə, kənd əhalisi ilə şəhər əhalisi arasında fərq çoxdur: "Kənd insanları çox istiqanlı və səmimidirlər. Uşaqların müəllimələrini görərkən simalarında yaranan sevinc, oxumaq həvəsləri məni sevindirir. Şəhər uşaqları internet, telefon, planşet kimi vasitələrlə məşğul olduqları üçün sanki ünsiyyət qurmaqda çətinlik çəkirlər. Üstəlik, çoxbilmiş olurlar, beyinləri tez ayılır. Kənd uşaqları isə yeni texnologiyadan, ümumiyyətlə, istifadə etmirlər. Boş vaxtlarını bir-birləri ilə maraqlı oyunlar oynayaraq keçirirlər. Mənə internetin, telefonun həyatımıza bu qədər daxil olmadığı uşaqlığımı xatırladırlar. Onların təhsil almağa marağı çox böyükdür. Gücləri yetdiyi qədər oxumağa çalışırlar. Kənd məktəbində təhsil alanlar daha zəhmətkeş olurlar. Çünki onlarda əməyə sevgi uşaq yaşlarından aşılanır".
Məktəbin şəraiti haqqında məlumat verən gənc müəllim deyir ki, ucqar kənd olsa da, məktəb bütün standartlara cavab verir: "Məktəbdə şərait çox yaxşıdır. Üstəlik, bu məktəbdə qızların dərsə gəlməməsi kimi problem yoxdur. Bütün şagirdlər məktəbə gəlir və bacardıqları qədər öyrənməyə çalşırlar. Müəllim şagirdlərlə elə münasibət qurmalıdır ki, şagird ondan çəkinməsin və istədiyini soruşsun. Mənim şagirdlərimlə münasibətim də məhz belədir. Onlar dərsə diqqətlə qulaq asır, əksəriyyəti isə gələcəkdə müəllim olmaq istəyir".
 
"Çalıquşunu həyatda yaşayıram"
 
Gülnar deyir ki, uşaqlarla səmimi münasibət qurmaq üçün onlarla birlikdə dərsdən sonra və ya istirahət günlərində kəndi gəzir, dağlardan böyürtkən toplayırlar: "Uşaqlarla dağı gəzintiyə çıxmışdıq. Məni kəndlə onlar tanış etdilər. Balaca kənd olduğu üçün hamı bir-birinə qonşudur. Yığışıb getdik. Kəklikotu, moruq, böyürtkən yığdıq. Kitablarda oxuduğum, gördüyüm kənd məhz bu kənddir. Texnologiyadan uzaq, təmiz və səmimi... Sanki Çalıquşunu həyatda yaşayıram".
 
Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ÇL-də yeni mövsüm başladı: ilk günün nəticələri

28 İyun 2017 09:52

Bir dəri bir sümük qalan müğənni qorxutdu - FOTO

28 İyun 2017 09:52

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (28.06.2017)

28 İyun 2017 09:47

Tarixdə bu gün nələr baş verib?

28 İyun 2017 09:46

Müdafiə Nazirliyi az öncə açıqladı...

28 İyun 2017 09:44

Almeyda Bakıya gəlməyəcək, Bastos çətinliklə icazə aldı

28 İyun 2017 09:42

Pentaqon başçısı: “İran Suriyada qaydalarla oynamır”

28 İyun 2017 09:38

Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib

28 İyun 2017 09:37

Məşhur müğənni zəhərləndi: konserti ləğv olundu - FOTO

28 İyun 2017 09:37

Dollarla alış-veriş edən avtosalonlara CƏRİMƏ...

28 İyun 2017 09:30

Avropa çempionatında finalçılar bəlli oldu

28 İyun 2017 09:27

Təmas xəttində GƏRGİN GECƏ

28 İyun 2017 09:23

Ermənilər kəndlərimizi atəşə tutdular

28 İyun 2017 09:22

Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA

28 İyun 2017 09:22

Cəbhədən xəbər: düşmən qumbaraatanlardan istifadə edib

28 İyun 2017 09:19

“Qarabağ” Premyer Liqa klubu ilə üz-üzə

28 İyun 2017 09:17

Düşmən iriçaplı pulemyotlardan və qumbaraatanlardan istifadə etməklə atəşkəsi 146 dəfə pozub

28 İyun 2017 09:15

Konfederasiyalar Kuboku: Portuqaliya Çiliyə qarşı

28 İyun 2017 09:12

Salyanda maşın yandı

28 İyun 2017 09:12

Ramil Usubov Tacikistana səfərə gedib

28 İyun 2017 09:07

Tarixin ən böyük transferi reallaşır

28 İyun 2017 09:07

Qarışqa daraşmış qablar istərdiniz? - FOTO

28 İyun 2017 09:05

Fransa ilə ABŞ razılaşdı – BİRLİKDƏ VURACAQLAR

28 İyun 2017 09:03

Salyanda minik avtomobili yanıb

28 İyun 2017 09:01

İdmançıya azadlıqdan məhrum edilmə cəzası

28 İyun 2017 08:52

Azərbaycanın Serbiyadakı səfirliyi Avropa Liqası matçında "İnter"ə dəstək olacaq

28 İyun 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

28 İyun 2017 08:47

Təyyarə qəzaya uğrayıb: ölənlər var

28 İyun 2017 08:47

Avstraliyada təyyarə qəzaya uğrayıb: 3 ölü

28 İyun 2017 08:43

Bütün dünya 30 il sonra şoka düşdü - FOTOLAR

28 İyun 2017 08:43

Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb

28 İyun 2017 08:37

At arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb

28 İyun 2017 08:37

26 yaşlı oğlanı tanışı döydü

28 İyun 2017 08:32

İraq ordusu İŞİD terrorçularında Mosulun daha bir rayonunu azad edib

28 İyun 2017 08:22

Helikopter Ali Məhkəmənin binasına hücum etdi

28 İyun 2017 08:14

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

28 İyun 2017 08:12

Salyanda 46 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

28 İyun 2017 08:12

Venesuelada hərbçilər ölkə prezidentinə qarşı etiraza qalxıblar

28 İyun 2017 08:07

Prezident: "Mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır"

28 İyun 2017 08:07

"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər..."

28 İyun 2017 08:05

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 08:05

İlham Əliyev: "Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynayıb"

28 İyun 2017 08:02

"İndi Qətərin sırasıdır"

28 İyun 2017 07:57

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 07:47

Amerikalı nazir: “ABŞ Rusiyanı bu sahədə irəli buraxmayacaq”

28 İyun 2017 07:43

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 07:37

Ərdoğan: Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır

28 İyun 2017 07:36

Türkiyə yenə Suriyada əməliyyat keçirmək istəyir

28 İyun 2017 07:29

Prezident müxalifəti silahla hədələdi, küçələrə "Draqon"lar çıxarıldı

28 İyun 2017 07:23

Tottiyə Yaponiyadan təklif

28 İyun 2017 07:22