Şəhid məzarları üzərində dövlət bayrağının asılması təklifi

Şəhid məzarları üzərində dövlət bayrağının asılması təklifi
08:12 24 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisdə şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının qaldırılmasının qanuna daxil edilməsi ilə bağlı təklif irəli sürülüb.

Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

Milli.Az xəbər verir ki, A.Abbas Trend-ə bildirib ki, təklif Milli Məclisin deputatları və rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib: "Azərbaycanda bu məsələ qanunda öz əksini tapmayıb".

A.Abbas qeyd edib ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun var: "Bu qanunda bayrağın necə və haralarda asılması göstərilir. Qanunda şəhid məzarı üzərində bayraq qaldırmaq məsələsi yoxdur. Əgər asılırsa, qanunla bayraq oradan götürülməlidir. Şəhid məzarı üzərindən asılan bayraq götürüləndə narazılığa səbəb olur. Bu səbəbdən Milli Məclisdə bununla bağlı təkliflərimi səsləndirərək bildirdim ki, şəhid məzarları üzərində bayrağın qaldırılması məsələsini qanuna daxil edək. Təklifim bəyənilib. Yəqin ki, məsələyə Milli Məclisdə baxılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR