Rusiyanı yox, Azərbaycanı seçən istedad - FOTO

Rusiyanı yox, Azərbaycanı seçən istedad - FOTO
09:05 24 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Ramil Şeydayev Azərbaycan millisinin son illərdə yaşadığı hücumçu problemini birdəfəlik həll edə bilər

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan millisi son illərdə ciddi hücumçu problemi yaşayıb. Millimizdə "vuran ayağ"ın yoxluğu demək olar ki, bütün oyunlarda özünü büruzə verirdi. Hətta bəzi oyunlarda millimizin məşqçilər korpusu sırf hücumçu kimi hansısa yarımmüdafiəçiyə şans verməli olurdu.

ir neçə il öncə isə azərbaycanlı məşqçilər və azarkeşlərin axtardığı hücumçu tapıldı. Ancaq bir problem var idi. Bu istedadlı azərbaycanlı Rusiya futbolunun yetirməsi idi və bu ölkənin aşağı yaş qruplarından ibarət millisində top qovurdu. Həmyerlimiz Rusiyanın aşağı yaş yığmalarında oynasa da, əsas yığma seçimində tarixi vətəninə - Azərbaycana üstünlük verdi. Onun millimizi seçməsi Rusiyada heç də birmənalı qarşılanmadı. Həmyerlimizin istedadını layiqincə dəyərləndirə bilməyən ruslar, yalnız onu itirdikdən sonra necə bir hücumçunu əldən buraxdıqlarını anladılar. Ancaq artıq gec idi. Söhbətin yəqin ki, Ramil Şeydayevdən getdiyini anladınız. DÇ-2018-in seçmə mərhələsinin San Marinoya qarşı səfər oyununda millimizdə debüt edən, Çexiya ilə son oyunda isə ilk dəfə start heyətində meydana çıxan Şeydayev yerli məşqçi və azarkeşlərin həsrətində olduğu hücumçu tipinə çox yaxındı. Gəlin, millimizin yeni qol ümidini yaxından tanıyaq.
 
"Zenit"in yetirməsi
 
Ramil Şeydayev Teymur oğlu 1996-cı il, aprelin 17-də Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqda dünyaya gəlib. Onun atası azərbaycanlı, anası isə rusdur. Bir çox piterli uşaq kimi Ramil də kiçik yaşlarından futbola meyl salır. Hər halda, "Zenit" kimi klubu olan şəhərdə futbolun populyar olması təbiidir. Tezliklə "Zenit"in aşağı yaş qruplarına qoşulan Ramil burda özünü yaxşı tərəfdən göstərə bilir və Rusiya millisinin aşağı yaş qruplarının çalışdırıcılarının da diqqətini cəlb edir. 2012-ci ildə Ramil bu ölkənin U-17 millisinə dəvət alır. Şeydayevin Rusiya millisinin aşağı yaş qrupunda ilk ciddi sınağı AÇ-2013-ə təsadüf edir. Slovakiyada təşkil edilən yarışda Rusiya U-17 millisinin heyətində Ramil də yer alır. Qrup mərhələsini 5 xalla 1-ci pillədə tamamlayan Şeydayevli Rusiya millisi yarımfinalda İsveçi, finalda isə İtaliyanı oyunsonrası penaltilər seriyasında məğlub edərək, qitənin ən güclüsü adını qazanır. Ramil həm İsveç, həm də İtaliya ilə qarşılaşmalarda oyunsonrası penaltilər seriyasında dəqiq oynayaraq, komandasının çempionluğuna töhfə verir.

O, yığma ilə yanaşı, klubda da uğurlu oyunlarını davam etdirirdi. Cəmi 18 yaşı olmasına baxmayaraq, "Zenit"in ikinci komandasına dəvət edilən Ramil, rəsmi oyunlarda 2014-cü ilin aprelində debüt edir. O, "Znamya Truda"ya qarşı matçda peşəkar futbolda ilk addımını atır.

Şeydayevin əsas komandaya yol tapması cəmi bir neçə ay çəkir. Həmin ilin 26 oktyabrında Ramil "Zenit"in əsas komandasının heyətində Rusiya Premyer Liqasında ilk oyununa çıxır. Piter təmsilçisinin portuqaliyalı baş məşqçisi Andre Villaş Boaş "Mordoviya" ilə oyunun (5:1) 80-ci dəqiqəsində həmyerlimizi meydana buraxır. 

"Zenit"in əsas komandasında çıxış etdiyi zaman Azərbaycan yığmasına dəvət alan Şeydayev, milli karyerasını Rusiyanın U-19 millisində davam etdirmək qərarına gəlir. O, 2015-ci ilin yayında Rusiyanın U-19 komandasının heyətində Yunanıstanda təşkil edilən Avropa çempionatına yollanır.

Rusiya millisi qrupda keçirdiyi ilk oyunda Hollandiyaya uduzur. İspaniya ilə ikinci oyunda ruslara yalnız qələbə sərf edirdi. Şimal qonşularımız bu vəzifənin öhdəsindən gəlməyi bacarır. Şeydayev isə rusların 3:1 hesablı qələbəsinə bir qolla töhfə verir. Növbəti oyunda Almaniya ilə heç-heçə edən Rusiya millisi qrup birincisi kimi növbəti mərhələyə vəsiqə qazanır. Yarımfinalda meydan sahibi Yunanıstanla qarşılaşan şimal qonşularımız böyük hesabla qalib gələrək (4:0) finala adlayır. Ramil bu oyunda da qol vuraraq, komandasının uğurunda pay sahibi olur. Rusiya millisi yalnız finalda İspaniya yığmasına məğlub olaraq (0:2) gümüş medalla kifayətlənməli olur. Beləliklə, U-17 ilə Avropa çempionatının qalibi olmuş Şeydayev, U-19-la Avropa çempionatının gümüş medalına da yiyələnir.

Şeydayev 2015/16 mövsümündə Rusiyanın birinci divizionunda çıxış edən "Zenit-2" komandasına göndərilir. Ramil "Zenit-2"-də çıxış etdiyi zaman Rusiyanın U-21 millisinə də dəvət alır. Maraqlıdır ki, o, AÇ-2017-nin seçmə mərhələsində Rusiyanın U-21 komandasının heyətində Azərbaycan millisinə qarşı oynamalı olur.

Şeydayev Azərbaycana gəlir, amma...
 
Azərbaycanlı azarkeşlər Şeydayevi millimizin formasında görməyi arzulasa da, o, 2015-ci ilin noyabrın 17-də "Bayıl Arena"da yığmamızın rəqibi kimi meydana çıxır. Oyun Azərbaycan U-21-nin böyük hesablı qələbəsiylə nəticələnir - 3:0. 2015/16 mövsümünün əvvəlində "Rubin"ə icarəyə verilən həmyerlimiz, burda yalnız 1 oyunda şans qazanır. Ancaq 2015/16 mövsümünü Ramilin aktivinə yazmaq olar. Mövsümün qalan hissəsini "Zenit-2"-də - Rusiya birinci divizionunda davam etdirən Ramil 13 oyunda 10 qol, 3 məhsuldar ötürməyə imza atır. Artıq 20 yaşı olan Şeydayevin əsas komandada oynamaq vaxtı çatmışdı. Şeydayev ya böyüklərlə çətin mübarizədə inkişaf etməli, ya da ki, uşaqlarla oynayaraq, elə uşaq kimi də qalmalı idi. Özündəki potensialı hiss edən Ramil Peterburqdakı vəziyyətindən razı deyildi. Çox çəkmir ki, Rusiya mətbuatında da Şeydayevin "Zenit"dən ayrılacağı barədə xəbərlər yayılmağa başlayır. İyulun 5-də isə o, Piter klubunu tərk edir.

Bir çoxlarının Ramilin özünə Rusiya və ya Almaniyada klub tapacağını proqnozlaşdırdığı zaman o, Türkiyədə - "Trabzonspor"da peyda olur. Şeydayev bu ilin 12 iyulunda Qaradəniz təmsilçisi ilə 4 illik anlaşmaya imza atır.

Ramil uzun illər şərəfini qoruduğu "Zenit"dən getmək barədə qərarını bu klubun 2-ci komandasındakı məşqçisi Vladislav Radimova aşağıdakı mesajla çatdırır: "Salam Nikolayeviç! Mən bundan sonrakı karyeramı "Trabzonspor"da davam etdirmək qərarına gəldim. Ümid edirəm ki, doğru seçim etmişəm. Hər şeyə görə sizə təşəkkür edirəm. Mənə sizin rəhbərliyiniz altında çıxış etmək xoş idi. "Zenit" mənə doğma klubdur və burda çox şey öyrəndim. Mən bu komandanın üzvü olduğuma görə fəxr edirəm".

Rusiyada Şeydayevin "Zenit"dən gedişi məyusluqla qarşılanır. Radimovun Ramilin qərarına münasibəti isə belə olur: "Ramil qərar verib. Ümid edirəm ki, bu, doğru seçimdir. Ancaq düşünmürəm ki, ona burda, uşaqlarla oynamaq çətin idi. Çünki burdakı uşaqların hamısının bir yolu var - əsas komandada çıxış etmək. Ramil, biz sənə həmişə azarkeşlik edəcəyik. Çünki sən bizimsən. Çox istərdim ki, səni DÇ-2018-də görüm. Ancaq tamaşaçı yox, oyunçu kimi".

Radimov bu açıqlamanı verəndə, Ramilin bir neçə gün sonra Azərbaycan millisində oynamaq qərarı verəcəyini heç ağlına da gətirmirdi. 
 
"Sən bizə qardaşımızın əmanətisən"
 
Ramil "Trabzonspor"da isti qarşılandı. Tezliklə oyunçularla dil tapan Şeydayev yoxlama oyunlarında şans qazanıb, qol vurmağa da fürsət tapdı. Hətta "Trabzonspor"un rəsmi saytı Şeydayevin fotosunu paylaşaraq, "sən bizə qardaşımızın əmanətisən" mesajını verməklə, futbolçuya böyük bir jest etdi.
Bir müddət sonra isə AFFA Şeydayevin Azərbaycan millisində çıxış etməsilə bağlı FİFA-ya sorğu göndərilməsi barədə açıqlama yaydı. Artıq ruslar təşvişə düşməyə başlamışdılar. Şimal qonşularımız Ramili təkcə "Zenit"in yox, elə Rusiya millisinin də itirdiyini anlamağa başladılar. "Trabzonspor"la müqavilədən cəmi 1 ay sonra FİFA-dan AFFA-ya cavab gəlir - Ramil Şeydayevə Azərbaycan yığmasında çıxış etmək üçün icazəsi verilsin.

FİFA-nın Ramilin Azərbaycan millisində çıxış etməsinə icazə verməsindən sonra rusiyalı mütəxəssislər mətbuata açıqlama verir, Rusiya yığmasının belə bir hücumçunu itirməsinə təəssüfləndiklərini bildirirdilər.  
 
Azərbaycan millisində debüt
 
Nəhayət, yığmamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin San Marinoyla səfər oyunu üçün nəzərdə tutulmuş siyahıya Şeydayevin də adını daxil etdi. Xorvat mütəxəssis millimizin seçmə mərhələdəki ilk oyununun 89-cu dəqiqəsində Ramili meydana buraxdı. Şeydayev millimizin seçmə mərhələdəki ikinci oyununda bir az daha çox şans qazandı. Ramil bu dəfə Ruslan Qurbanovun əvəzinə, oyunun 80-ci dəqiqəsində meydana daxil oldu. Meydanda qaldığı az müddətdə yaxşı mənada fərqlənən Şeydayevin tezliklə millimizin start heyətində meydana çıxacağını güman etmək olardı. Bu güman Norveç üzərində qələbədən (1:0) cəmi 3 gün sonra özünü doğrultdu. Belə ki, Prosineçki seçmə mərhələnin Çexiyaya qarşı çətin səfər oyununda Ramilə start heyətində şans verdi. Oyuna əlavə olunmuş dəqiqələrdə əvəzlənən Şeydayev qol vura bilməsə də, meydanda ən fəallardan idi. Oyun isə yığmamıza sərf edən hesabla nəticələndi - 0:0.
 
Niyə də yox?
 
Hazırda Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk 3 turdan sonra 2-ci pillədə qərarlaşıb. Yığmamız keçirdiyi 3 oyunun 2-də qalib gəlib, 1-də heç-heçə edib. Ancaq Prosineçkinin yetirmələrini qarşıda daha çətin oyunlar gözləyir. Bu oyunlarda isə çox güman ki əsas qol ümidimiz Şeydayev olacaq. Həmyerlimiz "Zenit"dən ayrıldığını açıqladığı zaman məşqçisi Radimov Şeydayevin DÇ-2018-də tamaşaçı yox, oyunçu kimi iştirak etməsini arzuladığını bildirmişdi. Kim bilir, bəlkə də, Ramil DÇ-2018-də yığmamızın heyətində oyunçu kimi çıxış edəcək... Niyə də yox?

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Amil Xəlil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək...(FOTO,VİDEO)

27 May 2017 16:01

Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı

27 May 2017 15:58

Körpəni kimin bu hala saldığına inanmaq olmur

27 May 2017 15:56

İran məşhur güləşçini edam etdi

27 May 2017 15:52

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

27 May 2017 15:50

Mövludun arzusu GERÇƏK OLDU - FOTOLAR

27 May 2017 15:48

Populyar müğənninin 9 milyon manatlıq villası - FOTOLAR

27 May 2017 15:43

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 15:43

Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin

27 May 2017 15:40

Xalq artisti toyundan sonra - FOTO

27 May 2017 15:37

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

27 May 2017 15:37

4 otaqlı ev yandı

27 May 2017 15:33

Kürdəmirdə bədii gimnastika üzrə 3-cü Kubok yarışı keçirilir (FOTO)

27 May 2017 15:29

Runi "Beşiktaş"da?

27 May 2017 15:27

Misir ordusu Liviyaya hava zərbələri endirdi

27 May 2017 15:27

Daha heç kim qızları zorlaya bilməyəcək – MÜDHİŞ İXTİRA

27 May 2017 15:23

İran Mosulda ən böyük itkisini verdi: General öldü

27 May 2017 15:22

Şəbnəmin qara "BMW"-si, əməkdar artist Zabit Səmədovla...

27 May 2017 15:19

Tanınmış müğənni 4 milyon dollara villa aldı

27 May 2017 15:14

"Fikirləşdim ki, mahnım İzzətə lazımdır, ya yox?" - Əməkdar artist - VİDEO - FOTO

27 May 2017 15:12

Kreml yeni müharibəyə nə vaxt başlayacaq? - Qələbə strategiyasına KEÇİD

27 May 2017 15:08

Gələcəyin sərnişinləri "BakuBus"da - FOTO

27 May 2017 15:05

"Fitch": OPEC-in qərarı neft qiymətlərini dəstəkləyə bilər

27 May 2017 15:02

Baş nazir corablarını göstərdi, öz həmcinsi ilə evlənən nazir isə...

27 May 2017 15:02

İslam Oyunlarında qalib gəlmiş tələbə idmançılarla görüş

27 May 2017 14:59

Azərbaycanda çadır TURİZMİ - İstədiyiniz yerdə ən ucuz tətil imkanı

27 May 2017 14:58

Sumqayıt sakininin ölüm işi ilə bağlı həbs edilən şəxslər azadlığa buraxılıb

27 May 2017 14:57

Dəhşətli qətlin betonla örtülmüş sirri 10 il sonra açıldı - FOTO

27 May 2017 14:57

Sevgilisi onu 32 dəfə bıçaqladı

27 May 2017 14:56

İdarə rəisləri, komandirlər işdən çıxarılır - Ermənistanda kütləvi ixtisarlar

27 May 2017 14:52

Min oyunda çıxan MƏKTƏBLİ RUS QIZLARI - Ehtiraslı FOTOLAR

27 May 2017 14:48

Baş prokuror Göygöldə vətəndaşları qəbul edib

27 May 2017 14:37

Mərhum yazar Mövlud Mövludun ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO - FOTO

27 May 2017 14:37

Azərbaycanın bölgələri üzrə

27 May 2017 14:35

DİM-dən sınaq imtahanları ilə bağlı AÇIQLAMA

27 May 2017 14:33

Qardaşlar birləşib bacılarını... - DƏHŞƏT (FOTO)

27 May 2017 14:33

Biləsuvarda sakinin həyətindən narkotik xassəli çətənə kolları, evindən qurudulmuş marixuana tapılıb

27 May 2017 14:32

“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq

27 May 2017 14:32

Anasının məzarına gizli kamera qoydu

27 May 2017 14:31

Nazir: Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğuru Türkiyə xalqı üçün çox dəyərlidir (ÖZƏL)

27 May 2017 14:29

"Neft Daşları"na gedən helikopter məcburi eniş ETDİ: 18 nəfərdən heç biri...

27 May 2017 14:28

Toy ildönümü adları: "Alüminüm toy", "Taxta toy", "Daş toy"

27 May 2017 14:27

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib

27 May 2017 14:22

29 şəhər və rayonda sınaq imtahanı keçirilib

27 May 2017 14:22

Azərbaycan Prezidenti “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinə məktub ünvanlayıb

27 May 2017 14:17

“Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər” - Deputat

27 May 2017 14:13

"Мi-8" helikopteri məcburi eniş etdi

27 May 2017 14:13

Azərbaycana məxsus helikopter qəza enişi etdi

27 May 2017 14:12

"Luiziana Caz Ansamblı"nın parlaq çıxışı - FOTOlar

27 May 2017 14:12

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək

27 May 2017 14:08