Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Avropanın ən yaxşı gənc oyunçusu seçildi

Avropanın ən yaxşı gənc oyunçusu seçildi

Date: 24 October 2016 09:22

"Bayern Munhen" futbol klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim olunan "Golden Boy" mükafatına layiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mükafat 2003-ci ildə "Tuttosport" qəzeti tərəfindən təsis edilib. Golden Boy mükafatı yaşı 21-dən yuxarı olmuyan və Avropa ölkələrinin elit divizionlarında çıxış edən ən yaxşı Avropa futbolçusuna təqdim olunur. Qalib səsvermə yolu ilə seçilir.

Renatu Sançeş Portuqaliya yığmasında Fransada keçirilən AVRO-2016-nın qalibi olub.

Qeyd edək ki, Renatu Sançeş Golden Boy mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Milli.Az


Tags:  Avropanın gənc oyunçusu seçildi

RƏYLƏR


Top news