Moskvada Ermənistanın iki vətəndaşı güllələndi

Moskvada Ermənistanın iki vətəndaşı güllələndi
09:22 24 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

"Yeni Moskva rayonunda kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Faktla bağlı cinayət işinə başlanılıb", - deyə Y.İvanova vurğulayıb.

Onun sözlərinə görə, hazırda hadisə yerində müstəntiqlər işləyir.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR