Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Uruqvay çempionatının oyunu stadionun tualetindəki atışma səbəbindən dayandırılıb

Uruqvay çempionatının oyunu stadionun tualetindəki atışma səbəbindən dayandırılıb

ABŞ-da atışma: 4 nəfər ölü (23 Mart 2017 07:18)
Dəməşqdə atışma - Rusiya səfirliyinin binasına ziyan dəydi (20 Mart 2017 14:08)
Kanadada atışma baş verib, yaralananlar var (17 Mart 2017 08:42)

Tarix: 24 Oktyabr 2016 09:52

Bakı. 24 oktyabr. REPORT.AZ/ Futbol üzrə Uruqvay çempionatında "Penyarol" və "Rampla Xuniors" komandaları arasındakı oyun yarımçıq qalıb. "Report"un məlumatına görə, buna matçın keçirildiyi "Sentenario" stadionunun tualetlərindən birində atışma səbəb olub. 
Ayaqyolunda hücuma məruz qalan naməlum kişi əlindən və ayağından yaralar alıb. O, Montevideo xəstəxanalarından birinə çatdırılıb. Polisdən bildirilib ki, atışma "Penyarol"un bir neçə fanatının narkotik maddə ticarəti zəminində mübahisəsi nəticəsində başlayıb. 
Qeyd edək ki, görüşün ilk yarısı "Rampla Xuniors"un qələbəsi ilə başa çatıb - 1:0. Lakin təhlükəsizlik məqsədilə fasilədə oyunun dayandırılmasına qərar verilib. 

Teqlər:  Uruqvay çempionatının oyunu stadionun tualetindəki atışma səbəbindən dayandırılıb



RƏYLƏR


Top xəbərlər