Fransada miqrant "Cəngəlliyi" dağıdıldı - FOTO

Fransada miqrant "Cəngəlliyi" dağıdıldı - FOTO
09:52 24 Oktyabr 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Kale şəhərindəki "Cəngəllik" adlı miqrant düşərgəsi bu gün sökülməyə başlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan təqribən 10 min miqrant bu düşərgədə xaotik şəkildə yaşayır. Həmin miqrantlar Fransadakı qaçqın mərkəzlərində yerləşdiriləcəklər.

Fəqət, miqrantlar bunu istəmirlər.

Fransa DİN-dən verilən məlumata görə, düşərgədə 1300 uşaq var.

Təhlükəsizlik səbəbilə uşaqlar yük konteynerlərinə köçürüləcək, cəngəlliyin qalan hissəsi isə söküləcək.

Bu gün miqrantları köçürmək üçün 60 ədəd avtobus göndərilib.

Fransa ərazisində miqrantları yerləşdirmək üçün 7500 boş ev mövcuddur.

Fransanın Daxili İşlər Nazirliyi bildirmişdi ki, "zor tətbiq edilməyəcək, amma miqrantlar və ya QHT-lər narazılıq edərsə, polis müdaxilə etməyə məcbur olacaq".

Düşərgəni tərk etmək istəməyən miqrantlar polisi daşa basıblar. Polis gözyaşardıcı qaz və tüstü qumbaralarından istifadə etmək məcburiyyətində qalıb.

"Cəngəllik"dəki miqrantlar La-Manşı keçmək və Britaniyaya yollanmaq istəyirlər.

Milli.Az

































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR